Faydalı Maraqlı Xəbərlər

Marketlərdə Satılan Həyatımız Üçün Təhlükəli Balıqlar

Balığın sağlamlığımıza xeyrini saymaqla bitmir, ancaq bəzi balıqlar var ki, faydasından çox zərərləri var. Pis şərtlərdə yetişdirilən və ya suların çirkliliyinə görə bəzi dəniz məhsullarını sağlamlığımızı düşünərək istifadə etməliyik. Evdar.az marketlərdə satılan həyatımız üçün təhlükəli olan 5 balıq növünü təqdim edir.

Tilapia balığı

Bu balıq növünün faydasından çox zərəri var. Tilapia Omega 3 miqdarını ən az ehtiva edən balıq növüdür. Eyni zamanda bu balığa iltihaba səbəb olan omega 6 yağ turşuları da daxildir. Aparılan araşdırmalar göstərir ki, Tilapia balığı hamburgerlərdən daha zərərlidir.

Fermada böyüdülən qızıl balıq

Fermada böyüdülən qızıl balığının içərisində civə dolu toksinlər olur. Balıq fermerləri bu balıqların suyuna bakteriyaların ölməsi üçün və balıqların yaşaması üçün müxtəlif maddələr əlavə edirlər. Adətən antibiotik yüklənən sularda yaşayan balıqları istifadə etdikdə bədəninizə tonlarla antibiotik yükləmiş olursunuz.

Panqasius balığı

Bu balıqların tərkibində sənaye tullantıları, mərgümüş, toksik maddələr, polixrolin bifenil, metavbolit, heksaxloritloheksangen və heklaxlorbenzol kimi zəhərli maddələr var. Bu balıqların vətəni Vyetnamın Mekonq çayıdır. Bu çay Yer kürəsinin ən çox çirklənən çaylarından sayılan Mekonq kanalizasiya sularının, mineral gübrələrin, dəri, yaxud kimya zavodlarının tullantılarının geniş axıdıldığı çaylardan hesab olunur. Panqasiusu dünyanın ən zəhərli balığı hesab etmək olar.

Qılınc balığı

Qılınc balığı, civə nisbəti yüksək, ən çirkli dəniz balıqları qrupundandır. Mütəxəssislər bu balığın adətən uşaqların və qadınların istifadə etməmədini xüsusi vurğulayırlar.

Kürü

Kürünün tərkibində insan orqanizmi üçün gərəkli olan mikroelementlər, vitaminlər var. Lakin tərkibində B12 vitamini olsa da çox miqdarda duz var.

Bu məqaləni oxuduqdan sonra balıq aldıqda növünə diqqət edin və bildiyiniz balıqları seçin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir