Qida və digər ərzaq məhsullarının üstündə son istifadə tarixi yazılır. Bəs mətbəxdə əlinizin altında işlətdiyiniz əşyaların son istifadə tarixinin olduğunu bilirdiniz mi? Evdar.az mətbəxdə işlətdiyimiz əşyaların sağlamlıq baxımından istifadə müddətini sizlər üçün araşdırıb.
Taxta qaşığın ömrü – 5 il
Hər kəsin mətbəxində ən az 3 ədəd olan taxta qaşıqları ən çox 5 il istifadə etmək tövsiyyə olunur. Bunun səbəbi isə zamanla üzərində yaranan deformasiyaların bakteriya əmələ gətirməsidir.
Plastik spatulanın ömrü -2 il
Teflon örtüklü tava və qazanlar üçün istifadəsi rahat olan plastik spatulalar da çoxluqla aşağı temperaturda yuyulduğundan ömrü ən çox 2 ildir.
Meyvə soyma bıçağı-2 il
Meyvə və tərəvəzi doğramaq üçün istifadə edilən kiçik soyma bıçaqlarının ömrü isə orta hesabla 2 ildir. Bu dövrün sonunda bıçaq həm itilik xüsusiyyətin itirir, həm də bakteriya əmələ gəlməsini maksimuma çıxarır.
Teflon örtüklü tava – 2-3 il
İstifadəsinə bağlı olaraq teflon örtüklü tavaların səthləri qaşıq və ya bıçaq dəymədikdə ən çox 3 il istifadə edilə bilər.
Plastik kəsmə taxtası-3 il
Üzərində yaranan kəsiklərə görə bakteriyaların yaranmasına səbəb olur. Bununçün 3 ildən bir mütləq yenisi ilə dəyişdirilməlidir.
Bütün süzgəclər-1 il
Xırda dəliklərin quruluşlarına görə təmizliyi xeyli çətin olan süzgəclərdə, gözlə görünməyən yemək qalıqları yığıldığı üçün sağlamlıq baxımından hər il dəyişdirməkdə fayda var.
Plastik saxlama qabları -ən çox 1-2 il
Qabyuyan maşınında yuyulmayan plastik saxlama qabları bakteriya istehsal etməyə daha uyğun olduğu üçün ən çox 2 il istifadə edilməlidir.
Qabyuyan maşınları- 13-15 il
Əgər qabyuyan maşınınızın alt hissəsindən su sızırsa , yəni təmiri mümkün deyilsə qabyuyan maşınını yeniləyə bilərsiniz.
Sobalar- 13-16 il
Düymələrinə basdıqda sobanız işləmirsə və ya istədiyiniz dərəcədə qızmırsa sobanızın son istifadə tarixi bitib deməkdir. Çünki təmir etdirmək çox baha olduğundan yenisini almağınızı tövsiyə edirik.
Soyuducu – 10-14 il
Əgər soyuducunun dərin dondurucu bölməsində və digər hissələri kifayət qədər soyutmursa , soyuducunu dəyişməyin zamanı gəlib deməkdir. Çünki soyuducunun dondurucu sistemindən başqa digər bütün hissələri dəyişdirilə bilər.