Boğazda kiçik bir qaşıntı hiss etdikdə ya da burun axmağa, asqırmağa başladıqda dərhal təbii qidalardan dəstək alırıq. Şəfa dolu yeməklərdən əlavə hazırlanması çox asan olan bəkməz (doşab) və limon qarışığı da orqanizmə saysız faydası olanlardandır.
Əslində uzun illərdir istifadə edilən, analarımızdan, hətta nənələrimizdən bizə qalan bir üsuldur, lakin son zamanlarda onun haqqında bilən çox deyil. Evdar.az bəkməz-limon qarışığı haqqında , istifadə qaydası və faydaları haqqında məlumatı təqdim edir.
Bəkməz-Limon Qarışığı Nədir?
Bəkməz-limon qarışığı, adından da göründüyü kimi iki məhsulun qarışdırılmasıyla ortaya çıxan olduqca asan bir reseptdir. Bu qarışığı vacib edən öskürəkdən çəki atmasına qədər bir çox problemin həll yolu olmasıdır. Bəkməzin içərisinə sıxılan limon suyu, həm C vitamini baxımından çox zəngin olduğu üçün antioksidant təsiri göstərir, həm də bəkməzin faydalarının orqanizmə on qat daha çox təsir etdiyi deyilir.
Bəkməz-Limon Qarışığının Hazırlanma Qaydası:
Tərkibi:
- 3 xörək qaşığı bəkməz (üzüm, keçibuynuzu , tut və ya arzu etdiyiniz başqa bir təbii bəkməz ola bilər)
- yarım limonun təzə sıxılmış suyu
- 1 stəkandan bir az az içmə suyu
Hazırlanma qaydası:
Bir stəkandan bir az az olan içmə suyu doldurduğunuz stəkanın içərisinə bəkməz və təzə sıxdığınız limon suyunu əlavə edin. Yaxşıca qarışdırın. Hazırlaması bu qədər asan olan bu qarışığı tətbiq etmək də bir xeyli asandır.
Qarışıqdan fayda görə bilmək üçün səhərlər ac qarına hazırladığınız bu bəkməz limon suyunu içə bilərsiniz. Əgər daha sürətli təsir etməsini istəyirsinizsə qarışığı 2 xörək qaşığı bəkməzlə hazırlayıb səhər və axşam, gündə 2 dəfə ac qarına için. Bu tətbiqi hər həftə 6 gün içib 1 gün bədəninizə istirahət etdirə bilərsiniz. Bu şəkildə qısa müddətdə anemiyaya (qanazlığına) müsbət təsir etdiyini görəcəksiniz.
Bəkməz-Limon Qarışığının Faydaları Nələrdir?
- Heç cür bitmək bilməyən öskürəyi kəsir.
- Boğazda yaranan ağrıların, qaşıntıların və iltihablanmaların keçməsinə köməkçi olur.
- Qrip-soyuqdəymə kimi qış xəstəliklərinə qarşı bədəni qoruyur, qış xəstəliklərinin çox daha qısa müddətdə keçməsinə köməkçi olur.
- Bol miqdarda dəmir ehtiva edən bu qarışıq qanazlığına da yaxşı təsir edir. Nizamlı istifadə etdikdə qanazlığının azaldığı, hətta bu problemin zamanla yox olduğu da deyilir.
- Bədənə enerji verir, xüsusilə özünü davamlı halsız və yorğun hiss edənlərin çox daha gümrah hiss etmələrinə köməkçi olur.
- Şirniyyat yemək istəyini azaldır.
- Eyni zamanda bədəni sərbəst radikallardan, yəni zərərli maddələrdən qoruyur.
- Həm şirniyyat yemək istəyini azaltdığı, həm də qan dövranını sürətləndirdiyi üçün çəki atmaq istəyənlərə də dəstək olan bəkməz-limon qarışığı, daha uzun müddət toxluq hissi yaradıb arıqlamaq istəyənlərə dəstək olur.
Vacib Qeyd:
– Əgər xüsusi bir pəhriz tətbiqinizi tələb edən bir narahatlığınız varsa, nizamlı olaraq istifadə etdiyiniz yüksək təsirli dərmanlar varsa bu qarışığı tətbiq etməzdən əvvəl mütləq həkiminizə məsləhətləşməlisiniz.
– Boğazınız ağrıyırsa və bundan xilas olmaq üçün bəkməz-limon qarışığını edirsinizsə istifadə edəcəyiniz içmə suyunu otaq istiliyində deyil, bir az daha ilıq halda istifadə etməlisiniz. Ancaq diqqət edin, içərisinə bəkməz əlavə edəcəyiniz su çox isti olmamalıdır.
– Bu qarışığı tətbiq etdikdən sonra 2 saat içərisində çay-qəhvə kimi kafenin ehtiva edən yemək və içkilərdən uzaq durmalısın.
– Əgər şirniyyat yemək istəyinizi basdırmağa ehtiyac olsa bəkməz və limon suyunun içmə suyuna qarışdırmadan da içə bilərsiniz. (2 xörək qaşığı bəkməzin içərisinə yarım limonun suyunu qarışdırıb için)