Qoz içərisində ən çox Omeqa 3 ehtiva edən çərəzlərdən biridir. Bildiyimiz kimi, Omeqa 3-ün beyinə çox faydası var.
Xüsusilə ürək sağlamlığı baxımından da çox əhəmiyyətlidir. Bir çox araşdırmalara görə, qozdan nizamlı istifadə etdikdə ürək xəstəliklərinə tutulma riski 100-də 30 azaldığı təsdiq olunub. Ümumiyyətlə gündə iki ədəd qoz yemək tövsiyyə olunur, lakin bu möcüzəvi qozu sirkə kimi istifadə etdikdə ürək və damar xəstəliklərinə qarşı əlavə müqavimət təmin etmiş olarıq.
Qoz Sirkəsinin Faydaları Nələrdir?
İçərisində zülal, lif, Omeqa 3, Omeqa 6 yağ turşuları, kalsium, dəmir, sink, maqnezium, fosfor, mis, selenyum, manqan minerallarını və A, B1, B2, B6, C vitaminlərini saxladığı üçün qozun insan həyatındakı əhəmiyyəti böyükdür. Yaxşı bu qədər çox faydası olan çərəzin sirkəsinin heç faydası olmazmı?
İndiyə qədər edilən bir çox araşdırma qoz sirkəsinin bir çox xəstəliyə yaxşı təsir etdiyini və bəzi xəstəliklərə tutulma riskini ciddi nisbətdə azaltdığını ortaya qoyub.
Qoz Sirkəsinin Faydaları
- İştahı kəsir və arıqlamağa köməkçi olur
- Stressə faydalıdır
- Qadınlarda menstruasiyanı qaydasına salır
- Xolesterolu tənzimləyir
- Dəridə olan ləkələrin təmizlənməsinə köməkçi olur
- Beyin hüceyrələrini yeniləyir
- Qəbizliyi aradan qaldırır
- Sinir sistemi üçün faydalıdır
- Sədəf xəstəliyinə faydalıdır
- Guatr (zob) xəstəliyinə faydalıdır
Qoz Sirkəsinin İstifadə Qaydası
Yarım stəkan ilıq suya yarım stəkan ev şəraitində hazırlanan qoz sirkəsindən töküb səhərlər ac qarına və ya axşam yatmazdan əvvəl içə bilərsiniz. Nadir hallarda qoz allergiyası olan kəslər istifadəsini azaltmalıdır və ya şəkər problemi yoxdursa içərisinə bir çay qaşığı bal əlavə edib içə bilər.
Qoz sirkəsinin hazırlanma qaydasını buradan oxuya bilərsiniz.
Sağlamlığınızın Qeydinə Qalın!