Unutqanlıq hər yaşda baş verə bilər. Bunun üçün unutqanlığa qarşı bəzi əsas sağlamlıq vərdişləri mənimsənməlidir. Bir çox insanın əziyyət çəkdiyi unutqanlıq problemi üçün faydalı olan qidalar var. Evdar.az yaddaşı gücləndirən və unutqanlığı aradan qaldıran qidaları sıraladı.
Balıq və balıq yağı
Balıq və balıq yağları omeqa 3 yağ turşularından EPA və DHA baxımından çox zəngindir. Omeqa 3 yağ turşularının ən əhəmiyyətli xüsusiyyəti zehni sağlamlığa olan müsbət təsirləridir. Araşdırmalar bunun yalnız zehni funksiyalarda deyil, həm də ürək xəstəliklərində, göz sağlamlığında və xərçəngdən qorunmada təsirli olduğu bildirmişdir. Çatışmazlığı halda unutqanlıq, depressiya və yuxu problemləri kimi simptomlarla kifayət qədər Omeqa 3 yağ turşusu alınmasına diqqət yetirilməli və həftədə 2-3 dəfə bu yağ turşuları ilə zəngin balıqların istifadə edilməlidir.
Qoz
Qozun da eynilə balıqda olduğu kimi omeqa 3 yağ turşusu baxımından zəngindir.Qozun sayəsində unutqanlığa və digər zehni funksiyalara, yaddaşı gücləndirməsinə təsiri sübut edilmişdir. E vitamini ilə də zəngin olan 2-3 ədəd qoz yeyərəl ehtiyacımızı qarşılaya bilərik.
Yumurta
Ana südündən sonra ən keyfiyyətli zülal qaynağı olan yumurta bir növ B vitamini olan kolin ehtiva edir. Beyin inkişafı və bədən funksiyalarının nizamlı işləməsi üçün vacibdir. Çünki kolin sinir və əzələ sisteminin işində və hüceyrələr arasındakı qarşılıqlı əlaqədə təsirli olur.
Qatıq
Qatıq, tərkibindəki tirozin sayəsində unutqanlığa qarşı əhəmiyyətli qidalardandır. Ayran və ovduq (atlama) edə biləcəyimiz qatığı süfrələrimizdən əskik etməməyimiz zehin sağlamlığımız üçün lazımdır.
İspanaq
A, C, E və K vitaminləri, dəmir, kalsium və maqnezium mineralları baxımından zəngin olan ispanağın müntəzəm istifadəsi beyin və zehin sağlamlığı üçün çox təsirlidir. Ünsiyyət və davranış problemlərinə qarşı faydalıdır. Eyni zamanda qan təzyiqinin aşağı salınması, mədə və həzm sisteminə olan faydası və immunitet sisteminin güclənməsinə olan təsirlərinə görə mövsümündə ispanaq yeyin.
Tərkibində B12 vitamini olan qidalar
B12 vitamini əskikliyi unutqanlığın ən vacib səbəblərindən biridir. Bu vitaminlə zəngin qidaların istifadəsi, B12 vitamini çatışmazlığının səbəb olduğu unutqanlığın müalicəsində çox əhəmiyyətlidir. B12 vitamini heyvan mənşəli qidalarda yüksək miqdarda olduğu üçün qırmızı ət, qara ciyər, süd kimi qidaları istifadə etməyə diqqət edin.
Zərdəçal (sarıkök)
Son vaxtlar populyarlığı artan qidalardan biridir. Antioksidan və antiinflamatuar xüsusiyyətləri sayəsində bir çox xəstəliklərə qarşı təsirli olan zərdaçal, beyində yeni hüceyrələrin əmələ gəlməsinə və beyin funksiyalarını inkişaf etdirir.
Yaşıl çay
Araşdırmalar beyin funksiyalarındakı unutqanlığa səbəb olan xəstəliklərin qarşısını almaqda müntəzəm olaraq istifadə edilən yaşıl çayın təsirli olduğunu göstərmişdir.