Category: Salatlar
Yields:
1 Serving
Qonaqların gəlişindən 20-25 dəqiqə əvvəl hazırlaya biləcəyəniz dadlı və tez hazırlanan salat. Evdar.az ananaslı toyuq salatının reseptini təqdim edir.
Tərkibi:
- 200 qr toyuq filesi
- 200 qr pendir
- 1 banka konservləşdirilmiş ananas
- 1 banka konservləşdirilmiş qarğıdalı
- 300 qr turşa-şirin alma
- 250-300 qr mayonez
Hazırlanma qaydası:
Azduzlu suda toyuq döş ətini bişirin və soyudun. Soyuyan bişmiş toyuq filesini, almanı və pendiri kub formasında doğrayın. Ananasın suyunu süzün,ananas halqalarını da orta ölçüdə doğrayın. Bir qabda doğranmış toyuq filesini, pendiri, almanı , ananası və mayonezi yaxşıca qarışdırın. Salat hazırdır!
Nuş Olsun!