Ananasda Meyvə Salatı “Vitamin”

Yields: 1 Serving

Yalnız meyvələrdən ibarət olan salat, xüsusilə qışda bədəni vacib olan vitamin və minerallarla dolduracaq. Ananas bu salatın əsas tərkib hissəsidir. İmmunitet sistemini stimullaşdıran çox miqdarda C vitamini ehtiva edir. A, E və PP vitaminləri enerji partlaması və yaxşı əhval-ruhiyyə təmin edir. Ananasın tərkibində kalium, kalsium, dəmir, fosfor, mis, karoten və brom elementləri var. Bu meyvədə demək olar ki, heç bir yağ və kalori yoxdur, buna görə çəki atmaq üçün pəhrizlər zamanı tövsiyə olunur. Ananasda meyvə salatı istənilən bayram süfrəsini bəzəyəcək. Evdar.az dadlı meyvəli salatın reseptini təqdim edir.

Tərkibi:

  • 100 qr qoz ləpəsi
  • 2 ədəd portağal
  • 2 ədəd banan
  • 2 ədəd alma
  • 2 ədəd armud
  • 1 ədəd ananas
  • şokolad

Hazırlanma qaydası:

Ananasın yarı hissəyə bölün və iç hissəsini səliqəli kəsib götürün. Portağalın qabığını soyub kub formasında doğrayın. Bananı, almanı, armudu, ananası da kub şəklində doğrayıb qarışdırın. Üzərinə xırdalanmış, qovrulmuş qoz ləpəsini əlavə edin. Yarıya bölünmüş, içi ovulmuş ananası bir az kənarda saxlayın ki, azca suyu çıxsın. Ananasın içərisinə doğranmış meyvələri doldurun. Üzərinə şokolad rəndəsi səpib süfrəyə verə bilərsiniz.

Qeyd: Salat üçün müxtəlif meyvələrdən istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir