Azərbaycan mətbəxinin ağızda əriyən çox ləzzətli şirniyyatı. Evdar.az çayına yanına tez və asan hazırlanan qədim şirniyyatın reseptini təqdim edir.
Tərkibi:
- 1 kq un
- 150 qr ərinmiş kərə yağı
- 2 ədəd yumurta
- bir çimdik duz
- 1 çay qaşığı maya
- 2 stəkan süd (200 ml)
- 180 qr şəkər tozu
Qızartmaq üçün:
- 1lt duru yağ
Hazırlanma qaydası:
Bir qabda unun üzərinə ərinmiş kərə yağı, maya, duz, yumurta, şəkər tozu və apardığı qədər süd əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üzərini örtüb mayalanması üçün kənara qoyun. Daha sonra xəmirdən uzunsov lentlər edib kiçik-kiçik kəsin. Bu qaydayla bütün xəmirləri kəsib 10-15 dəqiqə kənarda dincəldin. Qazana duru yağı töküb kiçik xəmirləri yağda hər tərəfli bişirin. Bişən əgirdəkləri kağız dəsmal sərilmiş qaba düzün. Bu qaydayla bütün xəmirləri hirssə-hissə töküb bişirin. Bişən əgirdəklərin üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!