Dadı Damağınızdan Silinməyəcək Qozlu Toyuq Yeməyi

Yields: 1 Serving

Zülal anbarı olaraq bilinən toyuq dünyada ən çox istifadə edilən ət məhsullarından biridir. Xolesterolu və təzyiq dəyərini tarazlaşdıran bu qida qızartma, soyutma və qovurma kimi üsullarla bişirilə bilər. Toyuqdan Çərkəz toyuğu yeməyi adıyla bilinən dadlı yemək hazırlaya bilərsiniz. Evdar.az qozlu toyuq yeməyinin reseptini təqdim edir.

Qozlu Toyuq Yeməyinin tərkibi:

  • 4 ədəd toyuq budu( toyuq filesi də ola bilər)
  • 1 ədəd soğan
  • 2 çay qaşığı acika
  • 4 stəkan su
  • 3 stəkan qoz ləpəsi
  • 2 diş sarımsaq
  • 1 stəkan maye yağ

Sousu üçün:

  • 1 stəkan su
  • 5 xörək qaşığı qarğıdalı unu

Qozlu Toyuq Yeməyinin hazırlanma qaydası:

Dərin bir qazanda maye yağı isidin. Xırda doğranmış soğanı qızdırılmış yağda qovurun. Üzərinə yaxşıca yuyub süzdüyünüz toyuq ətlərini əlavə edin. 1 çay qaşığı acikanı da əlavə edib qovurun. 10 dəqiqə qovurduqdan sonra  4 stəkan isti suyu əlavə edin. Qazanın qapağını bağlayıb toyuq ətləri yumşalana qədər bişirin. Toyuq ətləri bişərkən sousu hazırlayın. Kiçik bir qazana suyu tökün. Qaynadıqda qarğıdalı ununu əlavə edin. Orta ocaqda dayanmadan qarışdıraraq 15 dəqiqə bişirin. Sousu ocaqdan götürüb soyumağa buraxın.
Qozu mətbəx robotunda yağı çıxana qədər yaxşıca çəkin (Qoz çəkildikcə bir-birinə yapışmağa başlayacaq).
İçərisinə sarımsaq və qalan 1 çay qaşığı acikanı da əlavə edib çəkməyə davam edin. Bu əməliyyat nəticəsində hamısı bir top halına gələcəkdir. Mətbəx robotunda çəkilən qarışığa soyuyan sousu da əlavə edib çəkməyə davam edin. Hamısı bir-birinə yapışmağa başlayacaq. Hazırladığınız qarışığa daha əvvəl bişirdiyiniz toyuqların suyundan 3 çömçə qaşıq qədərini əlavə edib mətbəx robotuyla qarışdırın.

Servis edəcəyiniz boşqaba toyuq ətlərini yerləşdirin. Mətbəx robotunda hazırladığınız sousu toyuq ətlərinin üzərinə töküb yaxşıca qarışdırın. Qozlu toyuğu, kartof püresi ilə birlikdə süfrəyə verə bilərsiniz.

QEYD:

  • Qozlu toyuğu hazırlayarkən həm bud, həm də sinə əti istifadə etsəniz yeməyiniz daha ləzzətli olacaq.
  • Soğanı tikələr halında qalmaması üçün mütləq rəndələyin.
  • İstifadə edəcəyiniz qoz ləpəsinin təzə olmasına diqqət edin.
  • Hazırladığınız qozlu toyuğu bağlı şüşə qablarda saxlaya bilərsiniz. 2 gün ərzində istifadə edə bilərsiniz.
  • 1 boşqab qozlu toyuq, təxminən 105 kaloridir. Fosfor, dəmir və kalium baxımından zəngin olan bu  yeməyə pəhriz və idmançı menyusunda yer verilə bilər.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir