Dadlı Və Faydalı Təzə Tərəvəz Salatı

Yields: 1 Serving

Kələm və yaz tərəvəzləriylə hazırlanan salat, misilsiz bir vitamin mənbəyidir. Evdar.az dadlı və faydalı təzə tərəvəz salatının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd kələm
  • 300 qr pomidor
  • 300 qr xiyar
  • 150 qr bənövşəyi yerkökü
  • 1 dəstə yaşıl soğan
  • 1 dəstə şüyüd
  • 3 xörək qaşığı bitki yağı
  • 2 xöərk qaşığı limon suyu
  • zövqə görə duz

Hazırlanama qaydası:

Kələmi doğrayıb dərin bir qaba qoyun. Üzərinə duz və limon suyu əlavə edib əllə yüngül sıxıb kənarda saxlayın. Tərəvəzləri yuyun və yerkökünü təmizləyin. Yerkökünü nazik dilimləyin. Xiyarları 4 hissəyə kəsib nazik doğrayın. Yuyulub süzülmüş göyərtiləri də xırda doğrayın. Doğranan bütün tərəvəzləri kələmin üzərinə əlavə edin. Tərəvəzlərin üzərinə bitki yağı tökün və qarışdırın. Hazırladığınız salatı süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir