Ailənizi ləzzətli zapekankayla sevindirmək istəyirsinizsə bu resept əsl sizin üçündür. Evdar.az hazırlanması çox vaxt aparmayan ləzzətli gül kələmli zapekankanın reseptini təqdim edir.
Tərkibi:
- 350 qr gül kələmi
- 300 qr toyuq filesi
- 130 qr holland pendiri
- 1 xörək qaşığı xama
- 5 xörək qaşığı isti su
- 1 ədəd soğan
- 1 ədəd qırmızı bolqar bibəri
- 1 diş sarımsaq
- duz, istiot, sarıkök, pul bibər
- zeytun yağı
Hazırlanma qaydası:
Toyuq filesini kub formada dograyın. Üzərinə duz, istiot, pul bibər,sarikok, bir az zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Tavanı isidib zeytun yağı əlavə edin, ədviyyatlı fileni yağda qovurun. Gül kələmini xırdalayıb az yumşalana qədər suda qaynadın. Kub formasnda doğranmış kartofu duzlu suda qaynadın. Soğan və sarımsağı xırda doğrayıb az zeytun yağında qovurun. Xama və suyu qarışdırıb qovrulmuş soğana əlavə edib qarışdırın. Holland pendirin yarısını sürtgəcdən keçirib xamalı soğana əlavə edib pendir tam əriyənədək qarışdırın. Soba qabına alt hissədən kartofları düzün. Üzərinə gül kələmi və toyuq filesini düzün. Üzərinə doğranmış qırmızı bibər düzüb soğanlı qarışığı da hər tərəfinə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Yarım saatdan sonra qalan pendiri də sürtgəcdən keçirib zapekankanın üzərinə səpin. Yenidən sobaya qoyub 5 dəqiqə sobada saxlayın. Dadlı toyuqlu, gül kələmli zapekankanı süfrəyə verə bilərsiniz.
Nuş Olsun!