Həm uşaqlar, həm də böyüklərin sevdiyi ətirli, iştahaçan kəsmikli vatruşkalar səhər yeməyi süfrəsində göz oxşayır. Evdar.az dadlı kəsmikli vatruşkanın reseptini təqdim edir.
Tərkibi:
Xəmir üçün:
- 250 ml ilıq süd
- 1 çay qaşığı maya
- 3 xörək qaşığı şəkər tozu
- 100 qr kərə yağı
- 2 ədəd yumurta
- 500 qr un
- bir çimdik duz
İçlik üçün:
- 300 qr kəsmik
- 2 xörək qaşığı şəkər tozu
- vanil
- 1 ədəd yumurta
- zövqə görə üzüm qurusu və ya giləmeyvə
Üzəri üçün:
- 1 ədəd yumurta
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün xəmiri yoğuracağımız qaba şəkər tozu, süd, yağ , yumurta və mayanı əlavə edib qarışdırın. Üzərinə unu əlavə edib yumuşaq xəmir yoğurun. Xəmirin üzərini örtüb mayalanması üçün 1-2 saatlıq isti yerə qoyun.
İçliyi hazırlamaq üçün bir qabda kəsmik, şəkər tozu, vanil və yumurtanı qarışdırın.
Mayalanan xəmirdən 6-8 ədəd kündə hazırlayın. Kündələri yuvarlayıb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Hər bir kündənin üzərinə stəkanın alt hissəsi ilə oyuq açıb, içlik yerləşdirin. İçliyin üzərinə zövqə görə üzüm qurusu və ya doğranmış çiyələk düzə bilərsiniz. Daha sonra içliklə doldurulmuş vatruşkaları isti yerdə 30-40 dəqiqə saxlayın. Vatruşkaların kənarlarına yumurta sarısını yaxıb (zövqə görə doğranmış badam ləpəsi düzün) əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Nuş Olsun!