Category: Desertlər, Qış Tədarükü
Yields:
1 Serving
Banan, demək olar ki, hər kəsin sevdiyi dadlı və faydalı bir meyvədir. Meyvə salatlarında və tortlarda istifadə etdiyiniz banandan ləzzətli cem hazırlaya bilərsiniz. Evdar.az səhər yeməyi süfrəsinin əvəzolunmazı olacaq bananlı cemin reseptini təqdim edir.
Ləzzətli Banan Ceminin tərkibi:
- 500 qr yetişmiş banan
- 180 qr şəkər tozu
- 1 xörək qaşığı vanil
- 1 çay qaşığı limon duzu
- 1 ədəd badyan
Ləzzətli Banan Ceminin hazırlanma qaydası:
Bir qabda bananları çəngəllə əzin. Üzərinə şəkər tozu, vanil, badyan və limon turşusu əlavə edib ocağa yerləşdirin. Qarışıq qaynadıqda ocağın altını söndürün. 3-4 saat sonra yenidən mürəbbəni qaynadın və 10 dəqiqə qaynadıqdan sonra ocaqdan götürün. Bankalara doldurduğunuz cemi soyuducuya yerləşdirin.
Nuş Olsun!
Salam. Resepde yazılan badyan nə? İlk dəfədir eşidirəm. Zəhmət olmasa nə olduğunu yazın mən də hazırlamaq istəyirəm
Salam. Badyan ulduz şəkilli anis, ulduzvari cirədir.