Ördək Ciyərindən Paştet

ördək-ciyərindən-paştet.2
Yields: 1 Serving

Hamıya məlumdur ki, qaraciyər müxtəlif vitaminlərlə, minerallarla və amin turşuları ilə zəngin və bir o qədər də faydalı bir məhsuldur. Qaraciyərdən fransız mətbəxinin ən məşhur qəlyanaltısı paştet hazırlanır. Paştetin müxtəlif növləri var. Bu gün sizlərə ördək ciyərindən paştetin hazırlanma qaydasını bölüşəcəyik. Ancaq ciyərin xüsusi qoxusu və özünəməxsus dadı var. Düzgün hazırlandıqda ondaki bu  çatışmazlıqları aradan qaldırmaq asandır. Evdar.az restoranların menyusunda baha qiymətə qoyulan ördək ciyərindən hazırlanan paştetin reseptini təqdim edir.

Ördək Ciyərindən Paştetin tərkibi:

  • 350 qr ördək qara ciyəri
  • 60 qr kərə yağı
  • 1 ədəd soğan
  • 3 diş sarımsaq
  • 100 ml qaymaq
  • 50 ml süd
  • 1 ədəd suda bişmiş toyuq yumurtası
  • 1 xörək qaşığı fransız xardalı
  • 1 çay qaşığı duz
  • 1çay qaşığı ağ istiot tozu

Ördək Ciyərindən Paştetin hazırlanma qaydası:

İlk öncə ördək qaraciyərini yaxşıca yuyuraq damarcıqları təmizləyin. Ciyəri bir qaba yerləşdirin və üzərinə dolacaq qədər süd töküb 1 saat kənarda saxlayın. Soğanı xırda doğrayın. Tavada 30 qr kərə yağında  doğranmış soğanları 2 dəqiqə qızardın ( qızılı rəng alanadək qızartmayın, sadəcə yumşalsın). Qaraciyəri süddən götürüb doğrayın. Yumşalan soğanların üzərinə qara ciyəri və qaymağı əlavə edib qarışdırın. Tavanın qapağını örtüb 20-25 dəqiqə zəif ocaqda bişirin. Daha sonra üzərinə üyüdülmüş ağ istiot, sarımsaqəzəndən keçirilmiş sarımsaq, xırda doğranmış soyutma yumurta, xardal və duz töküb daha 5 dəqiqə bişirin. Ocaqdan götürüb kənarda soyudun. Blenderin qabına 30 qr kərə yağı və bişmiş ciyəri töküb krem konsistensiyası alanadək yaxşıca əzin. Dəzgahın üzərinə folqa kağızı, üzərindən strec salafan sərin. Paşteti salafanın üzərinə töküb kolbasa forması verərək bükün. Daha sonra folqa kağızına da büküb 3-4 saatlıq soyuducuya yerləşdirin. Hazır paşteti çörək diliminin üzərinə yaxıb yeyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir