Ordubad Mətbəxinin Ballı Qayğanağı

Yields: 1 Serving

Naxçıvan mətbəxinin əvəzolunmaz yeməklərindən biri də ballı qayğanaqdır. Evdar.az Ordubad mətbəxinn ballı qayğanağın reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq və ya 1,5 kq ərinmiş kərə yağı
  • 12 ədəd yumurta
  • 1 çay qaşığı un
  • 1 çimdik duz

Şərbəti üçün:

  • 3-4 qaşıq bal və ya 10 qaşıq şəkər tozu
  • 1 stəkan su

Hazırlanma qaydası:

İlk öncə 12 ədəd yumurtanı ağaranadək çırpın. Üzərinə 1 çimdik duz və 1 çay qaşığı un əlavə edib yenidən çırpın. Zəif ocaqda orta ölçülü qazanda ərinmiş yağı dağ olunmağa qoyun. Dağ olmuş yağın  yarısını ayrıb başqa bir kiçik qazana tökün və isti qalması üçün ocağın üstünə qoyun. Əsas qazanda yağ dağ olduqda yumurtanı oxlovla qarışdıraraq üzərinə əlavə edin və üzərinə kiçik qazanda olan yağdan az-az əlavə edin. Yağ əlavə edildikcə qayğanaq şişir və qızarır. Daha sonra onu tərs üzünə çevirərək proseduru təkrarlayın. Bişən qayğanağı qazandan götürüb boşqaba qoyun və soyudun. Şərbəti hazırlamaq üçün suyun üzərinə bal və ya şəkər tozu əlavə edin. Bir qazançada qatılaşanadək qaynadın və soyudun. Bişən və soyuyan qayğanağın üzərinə şərbət əlavə edin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir