Qat-Qat Xəmirdə Armud

Yields: 1 Serving Difficulty: Easy

Uşaqlarınızın sevəcəyi dadlı bir desert..Evdar.az hazırlanması çox vaxt aparmayan ləzzətli meyvəli desertin reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd armud
  • 200 qr qat-qat xəmir
  • 30 qr qəhvəyi şəkər tozu
  • 1 ədəd yumurta

Hazırlanma qaydası:

İlk öncə armudları iki hissəyə ayırın, özəyini kəsib atın. Üzərindən bıçaqla zolaqlar kəsin. Qat-qat xəmiri dəzgahın üzərinə yüngül yayın. Üzərinə armudu yerləşdirib bıçaqla armud  və yarpaq forması verin. Xəmirdən qalan kənar hissəsindəki artıqları kəsin. Xəmirin üzərinə çimdik şəkər tozuyla çırpılmış yumurta yaxın. Xəmirin və armudun üzərinə qəhvəyi şəkər tozu səpin. Hazırladığınız armudlu xəmiri soba sinisinə aralıqla düzün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə qızılı rəng alanadək bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir