B qrupu vitaminlərlə zəngin olan şabalıd insanın sinir sisteminə çox müsbət təsir edir. Faydalı şabalıd və qoz ilə toyuq yeməyi hazırlaya bilərsiniz. Evdar.az qozlu şabalıdlı toyuq yeməyinin reseptini təqdim edir.
Tərkibi:
- 1 ədəd toyuq
- 3 ədəd soğan
- 300 qr şabalıd
- 3 xörək qaşığı xırdalanmış qoz ləpəsi
- 100 qr zoğan
- 1 ədəd qırmızı bolqar bibəri
- sarıkök, duz,
- 1 stəkan su
- yağ
Hazırlanma qaydası:
İlk öncə soğranı xırda doğrayıb tavada yağda qovurun. Sarı-qızılı rəng alan soğanların üzərinə doğranmış toyuğun hissələrini düzün, sarıkökü və duz əlavə edib qarışdırın. Qapağını baglayıb, öz buxarında zəif odda bişirin. 10 dəqiqə sonra üzərinə 1 stəkan su və bişmiş şabalıd əlavə edib təkrar bişirin. Daha sonra yeməyə zövqə görə xırdalanmış qoz ləpəsi, samanvari doğranmış qırmızı bolqar bibəri və zoğal əlavə edin 1-2 dəqiqə bişirin. Hazır yeməyi süfrəyə verə bilərsiniz.
Nuş Olsun!