Quşüzümü İlə Bişən Dadlı Ət Yeməyi

Yields: 1 Serving

Quşüzümü, ət ilə mükəmməl uyğunlaşan giləmeyvələrdən biridir. Evdar.az  quşüzümü ilə bişən çox dadlı ət yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • dana filesi
  • 300 qr quşüzümü
  • 2 ədəd soğan
  • 5-6 diş sarımsaq
  • marinad üçün teriyaki sousu
  • duz, istiot, pul bibər

Hazırlanma qaydası:

Dana filesini nazik uzunsov formada doğrayın. Ətləri bir qaba qoyub üzərinə teriyaki sousu töküb marinad olması üçün 20 dəqiqəlik kənara qoyun. Soğan və sarımsaqları nazik doğrayın. Tavaya yağ töküb marinadlı ətləri qovurun. Üzərinvə bir az su töküb su çəkilənə qədər bişirin. Doğranmış soğan, sarımsaqları,duz, istiot, pul bibəri (zövqə görə) əlavə edib qarışdırın  və bişirməyə davam edin. Yaxşıca qovrulan ətlərin üzərinə dondurulmuş quşüzümü əlavə edib 5 dəqiqə bişirin və ocaqdan götürün. Süfrəyə süzülmüş düyü ilə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir