Category: Salatlar
Yields:
1 Serving
Bu salat sadəcə 4 ərzaqla hazırlanır. Evdar.az hər gün hazırlaya biləcəyiniz dadlı salatın reseptini təqdim edir.
Tərkibi:
- 4 ədəd çuğundur
- 2 ədəd yumurta
- 2 ədəd xiyar turşusu
- 1 diş sarımsaq
- zövqə görə mayonez, duz, istiot.
Hazırlanma qaydası:
Çuğundur və yumurtanı suda bişirin. Bişdikdən sonra qabığını soyub sürtgəcdən keçirin. Xiyar turşusunu samanvari və ya kub formasında doğrayın. Bir qaba sürtgəcdən keçirilmiş çuğundur, yumurta, turşu xiyar, rəndələnmiş sarımsaq, duz, istiot və mayonez töküb qarışdırın. Mayonez əvəzinə süzmə qatıq da istifadə edə bilərsiniz. Salat hazırdır.
Nuş Olsun!