Qəhvə və çayın yanında süfrəyə verə biləcəyiniz üstü xırçıldayan, içi yumşaq dadlı makaron hazırlaya bilərsiniz. Evdar.az özəl günlər üçün sevginizi hiss etdirəcək çəhrayı ürək makaronun reseptini təqdim edir.
Tərkibi:
- 60 qr yumurta ağı (otaq temperaturunda)
- 65 qr şəkər tozu
- 75 qr badam tozu
- 55 qr şəkər kirşanı
- çəhrayı rəng qida boyası (gel şəklində)
Kremi üçün:
- 6 stəkan şəkər kirşanı
- 2 stəkan kərə yağı (otaq temperaturunda)
- 2 çay qaşığı vanil ekstraktı
- 2-4 çay qaşığı çırpılmış qaymaq
- 1/2 çay qaşığı darçın
Hazırlanma qaydası:
Bir qabda badam tozu və şəkər kirşanın qarışdırın. Başqa bir qabda otaq temperaturunda olan yumurta ağını mikserlə yaxşıca çırpın. Üzərinə az-az şəkər tozunu əlavə edib çırpmağa davam edin. Badam və şəkər kirşanı qarışığını da əlavə edib qarışdırın. Çəhrayı rəng qida boyasını da əlavə edub beze halına gətirin. Hazır bezeni krem torbasına töküb soba sinisinə ürək formasında düzün. Otaq temperaturunda bezelərin dinləndirib yayılmasını gözləyin. Əvvəlcədən 300 dərəcə qızdırılmış sobada 10-20 dəqiqə bişirib 1 saat soyumasını gözləyin.
Kremi hazırlamaq üçün bir qabda şəkər kirşanını otaq temperaturunda yumşaldılmış kərə yağıyla mikserlə yaxşıca çırpın. Başqa bir qabda qaymağı mikserlə çırpın. Çırpılmış qaymağı çırpılmış yağlı kremə əlavə edib çırpmağa davam edin. Üzərinə vanil ekstraktı və darçın əlavə edib yaxşıca qarışdırın. Soyuyan bezelərin arasına hazır olan kremi yaxıb birləşdirin. Bu qaydayla bezelər bitənə kimi hazırlayın.
Nuş Olsun!