Sobada Toyuqlu Bibər Dolması

Yields: 1 Serving

Dolmalıq şirin qırmızı bibər sobada bişdiyində möhtəşəm bir köz qoxusu verir. Toyuqlu içliklə hazırlandıqda olduqca ləzzətli və yağsız bir yeməkdir. Evdar.az sobada toyuqlu bibər dolmasının reseptini təqdim edir.

Sobada Toyuqlu Bibər Dolmasının tərkibi:

  • 500 qr toyuq filesi
  • 4 ədəd şirin qırmızı bibər
  • 1 ədəd soğan
  • 1 diş sarımsaq
  • 1 ədəd iri pomidor
  • 2 xörək qaşığı zeytun yağı
  • duz, istiot
  • istəyə görə rəndələnmiş holland pendiri

Hazırlanma qaydası:

İlk öncə soğanı xırda doğrayın. Pomidorların qabıqlarını soyun və kub formasında doğrayın. Sarımsağı da xırda doğrayın. Bibərləri yuyun, bıçaq köməyiylə eninə şəkildəki kimi geniş dəlik açın və içərisindəki tumları  təmizləyin. Toyuq filesini də kiçik kub formasında doğrayın. Orta ölçülü bir qazana zeytun yağını töküb soğanın üzərinə duz səpib yüngülcə çəhrayılaşana qədər qovurun. Çəhrayılaşan soğanlara toyuq filesini əlavə edin və suyunu salana qədər bişirin. Daha sonra pomidorları və xırda doğranmış sarımsağı əlavə edib bişirin. Suyu azaldıqda ocağı söndürün. İstiot da əlavə edib ocaqdan götürün. Bibərləri soba sinisinə yerləşdirin və  hazırladığınız toyuqlu içliyi bibərlərin içərisinə bölüşdürün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin, 30 dəqiqənin sonunda toyuqların üstünə rəndələnmiş holland pendiri əlavə edib 10 dəqiqəlik sobaya yerləşdirin. Dadlı bibər dolması hazırdır.

Qeyd: Bibərlərin kəsdiyiniz hissələrini də xırda doğrayıb içliyə əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir