Şərq mətbəxinin ən dadlı və sevilən salatlarından biri də “Çingiz xan”salatıdır. Evdar.az dadı və görünüşü ilə qonaqlarınızı sevindirəcək ləzzətli salatın reseptini təqdim edir.
Tərkibi:
- 2 ədəd çuğundur
- 1 ədəd yerkökü
- 50 qr qara gavalı qurusu
- 75 qr bərk pendir
- 200 qr toyuq filesi
- 2 diş sarımsaq
- 75 qr qoz ləpəsi
- mayonez
- duz
Hazırlanma qaydası:
İlk öncə yerkökü və çuğunduru bişirib soyudun. Soyuyan tərəvəzlərin qabığını soyub rəndədən keçirin. Sarımsağı və qoz ləpəsini xırdalayın. Qara gavalı qurusunu 20 dəqiqə suda isladın,daha sonra sudan çıxarıb qurulayın və xırda doğrayın. Pendiri də rəndənin iri gözündən keçirin. Toyuq filesini kiçik kub şəklində doğrayın və yağda qızardın. Qızardılmış toyuq filesinin artıq yağı çəkməsi üçün kağız salfetin üzərinə düzün və soyudun. Salatı hazırlayacağınız boşqaba ilk öncə rəndələnmiş çuğundur, toyuq filesi və qoz düzüb mayonez yağın. Daha sonra rəndələnmiş yerkökü, pendir rəndəsi və mayonez. Doğranmış gavalı qurusu, mayonez, rəndələmiş çuğundur və sarımsağı da qat-qat düzün. Zövqə görə duz səpin. Qat-qat düzdüyünüz salatı 1 saatlıq soyuducuya yerləşdirin. Xırda doğranmış şüyüd və bişmiş, rəndələnmiş yumurta ağıyla bəzəyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!