Lulə kababı bütün dünyada məşhur yeməkdir. Ənənəvi olaraq manqalda hazırlanan lülə kababı evdə tavada da hazırlaya bilərsiniz. Evdar.az ev şəraitində tavada lülə kababın hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
- 1 kq qiymə (quzu əti və ya mal əti)
- 180 qr soğan
- 180 qr quyruq
- 0,5 xörək qaşığı zirə
- 1 xörək qaşığı keşniş
- 0,5 çay qaşığı istiot
- 1 çay qaşığı duz
- 0,5 xörək qaşığı bitki yağı
Hazırlanma qaydası:
İlk öncə quyruğu və soğanı çox xırda doğrayın. Bir qabda qiymənin üzərinə xırda doğranmış quyruq, soğan, üyüdülmüş zirə, xırda doğranmış keşniş,duz və istiot əlavə edib yaxşıca qarışdırın. Təxminən 10 dəqiqə əllə yaxşıca yoğurun. Hazırladığınız qiyməni 2-3 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında qiymədən 100 qr ağırlığında kotletlər hazırlayın. Çöp şişi hazırladığınız kotletlərə keçirərək lülə kabab forması verin. Tavanı bitki yağıyla azca yağlayıb lülə kababları tavaya yerləşdirin. Arabir çevirərək kababları bişirin. Hazır lülə kababları göyərti, halqa doğranmış soğanla süfrəyə verə bilərsiniz.
Nuş Olsun!