Tezbazar Hazırlaya Biləcəyiniz Qiyməli Noxudlu Plov

Yields: 1 Serving

İftara tezbazar dadlı plov hazırlaya bilərsiniz. Evdar.az dadlı qiyməli noxudlu plovun reseptini təqdim edir.

Tərkibi:

  • 2 stəkan uzun düyü
  • 500 qr yağlı qiymə
  • 500 qr soğan
  • 1,5 stəkan bişmiş noxud
  • duz, sarıkökü, darçın
  • 150 qr kərə yağı
  • 1 çay qaşığı zirə zövqə görə
  • zövəq görə zirinc, zoğal

Hazırlanma qaydası:

Düyünün üzərinə su və duz töküb 30-40 dəqiqə kənarda saxlayın. Qiymənin üzərinə su əlavə edib bişirin. Ətə duz da əlavə edib suyu çəkilənə qədər bişirin. Ocaqdan götürüb üzərinə sarıkök əlavə edib qarışdırın. Soğanları incə uzun formada doğrayın. Tavada yağı əridib soğanı qovurun. Qovrulana soğana sarıkökü və qiyməni əlavə edib qarışdırın. Düyünü bişirmək üçün qazana su və duz töküb qaynadın. Qaynayan suya yuyulub süzülmüş düyünü və zirə əlavə edib bişirin. Düyünü süzüb üzərinə bişmiş təmizlənmiş noxud əlavə edib qarışdırın. Qazanın dibinə azca yağ əlavə edib qazmaq olaraq nə istəsəniz edə bilərsiniz (və ya etməsəniz də olar ).Düyünün yarısını qazana əlavə edin. Düyünün üzərindən qiymən də yayın. Zövqə görə zirinc və zoğal əlavə edin. Qalan düyünü də üzərinə əlavə edib darçın və sarıkök səpin. Üzərinə bir az da əridilmiş yağ əlavə edib qapağı örtüb 10 dəqiqə və ya qazmaq bişənə qədər dəmə qoyun.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir