Evdə olan ərzaqlardan minimum vaxtda ləzzətli səhər yeməyi hazırlaya bilərsiniz. Evdar.az 10 dəqiqəyə bütün ailəyə ləzzətli səhər yeməyinin hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
- 4 ədəd lavaş
- 3 ədəd yumurta
- 100 qr kolbasa
- 120 qr pendir
- duz, istiot
- 1 ədəd pomidor
- 10 qr kərə yağı
Hazırlanma qaydası:
Bir qabda yumurtaların üzərinə duz, istiot səpib qarışdırın. Qalın tavanı kərə yağıyla yağlayın. Yumurtanın yarısını tavaya tökün. İlk lavaşı (tava ölçüsündə) yumurtanın üzərindən yerləşdirin. Üzərinə kolbasa dilimlərini və sürtgəcdən keçirilmiş pendir düzün. Daha sonra yenidən lavaş qoyub üzərinə pomidor dilimləri və pendir düzün. Yenə lavaş yerləşdirib, kolbasa və pendir düzün. Ən son qata lavaş yerləşdirib üzərinə qalan yumurtanı da tökün. Tavanın qapağını örtüb zəif ocaqda 5 dəqiqə iki tərəfli bişirin. Səhər yeməyi hazırdır.
Nuş Olsun!