4 dəqiqəyə mikrodalğalı sobada unsuz tort hazırlaya bilərsiniz. Evdar.az dadlı tortun reseptini təqdim edir.
Tərkibi:
- 2 ədəd banan
- 2 ədəd yumurta
- 35 qr kakao (6 xörək qaşığı )
- 1 çay qaşığı qabartma tozu
Kremi üçün:
- 80 qr kəsmik
- 50 qr xama
- 20 qr şəkər tozu və ya dadlandırıcı
Hazırlanma qaydası:
İlk öncə iki ədəd bananın qabığını soyub çəngəllə əzin. Üzərinə yumurtaları əlavə edib çəngəllə yaxşıca qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra üzərinə 6 xötək qaşığı kakao və qabartma tozunu əlavə edib topaq qalmayacaq şəkildə qarışdırın. Düzbucaqlı soba qəlibini hərtərəfli yağlayıb xəmiri tökün. Qəlibi 4 dəqiqəlik mikrodalğalı sobaya yerləşdirin.
Kremi hazırlamaq üçün blenderlə kəsmik, xama və şəkər tozunu yaxşıca qarışdırın. Mikrodalğalı sobadan götürdüyünüz korju qəlibdən çıxarıb soyudun. Daha sonra 2 bərabər hissəyə bölün. Orta hissəsindən də 2 hissəyə ayırın. 4 ədəd eyni ölçüdə korj alınacaq. Korjları kremləyib üst-üstə düzün. Tortun üzərini meyvə və giləmeyvələrlə bəzəyə bilərsiniz. Bu tortu kremin hopması üçün gözləməyə ehtiyac yoxdur. Dərhal yeməyə başlaya bilərsiniz.
Nuş Olsun!