Category: Pəhriz Yeməkləri, Qəlyanaltılar, Uşaq Yeməkləri
Yields:
1 Serving
Bir yaşdan yuxarı uşaqlar üçün dadlı kotlet resepti. İspanaq sevməyən uşaqlar bu kotleti çox bəyənəcək. Evdar.az uşaqlar üçün ispanaqlı kotletin reseptini təqdim edir.
Tərkibi:
- 120 qr ispanaq
- 1 xörək qaşığı sarı pendir(rəndələnmiş)
- 3 ədəd orta ölçülü kartof
- 1 ədəd yumurta
- 100 qr yulaf yarması
- 1 çimdik duz
- çay qaşığının ucunda istiot
Hazırlanma qaydası:
İlk öncə kartofları soyub suda bişirin. Əgər kartofları çiy istifadə eləmək istəsəniz kartofları sürtgəcdən keçirərək istifadə edin. İspanaqları da yaxşıca yuyub xırda doğrayın. Yulaf yarmasını qəhvəüyüdənlə toz halına gətirin. Daha sonra bir qabda rəndələnmiş qaynadılmış kartofları, doğranmış ispanağı, rəndələnmiş pendiri,yulaf yarması, yumurta, duz və istiotu töküb qarışdırın. Alınan kütləni kotlet halına gətirib vam odda hər üzü 10 dəqiqə olmaqla bişirin.
Nuş Olsun!