Səhər yeməyi üçün ən ideal variant Pankekdir. Uşaqların belə yox demədiyi pankeki hazırlayıb onları sevindirə bilərsiniz. Evdar.az səhər yeməyinin ulduzu olan kakaolu pankekin reseptini təqdim edir.
Kakaolu Pankekin tərkibi:
- 2 ədəd yumurta
- 2 xörək qaşığı şəkər tozu
- 200 ml süd
- 1,5 stəkan un
- 4 çay qaşığı kakao
- 1 paket qabartma tozu
- zövqə görə vanil
Şokoladlı sous üçün :
- 1/2 stəkan şəkərsiz qaymaq
- 90 qr bitter şokolad
Kakaolu Pankekin hazırlanma qaydası:
Bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə süd, un, qabartma tozu və kakao əlavə etdikdən sonra çırpmağa davam edin. Tünd konsistensiyalı, ancaq yüngül axıcı bir xəmir əldə etməlisiniz. Pankek tavasını (yanmayan,yapışmayan ) çox az miqdarda maye yağla yağlayın. Yağın artığını kağız dəsmal köməyiylə götürün. Hazırladığınız xəmir qarışığından bir böyük qaşıq qədər götürüb tavaya tökün. Yuvarlaq bir şəkil alan xəmirləri, hər iki tərəfini də tərs çevirib orta ocaqda bişirin.
Bir qabda şəkərsiz qaymağı qaynamağı üçün zəif ocağa yerləşdirin. Üzəri köpüklənməyə başladıqda ocaqdan götürün. Kiçik parçalara ayırdığınız bitter şokoladı isti qaymağa əlavə edib əriməsini gözləyin. Daha sonra qarışdırıb sous konsistensiyasına gətirin. Pankekləri üst-üstə düzün. Hazırladığınız şokoladlı sousu üzərindən tökün.
Kakaolu pankekleri şokoladlı sous əvəzinə bal və bəkməzlə süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Çox sağ olun, Selcan xanım
Selcan xanım çox sağolun bu reseptə görə. Ama mən bişirə bilmirəmmmm.
Buyurun.Siz sağ olun.