Xırçıldayan qızardılmış soğan bayram süfrəsi üçün əla qəlyanaltıdır. Evdar.az dadlı və asan hazırlanan sobada soğan qızartmasının reseptini təqdim edir.
Tərkibi:
- soğan
- un
- yumurta
- duz
- istiot
- bibər tozu
- sarımsaq
- xama
Hazırlanma qaydası:
Bir qabda yumurtaya duz, istiot və bibər tozu töküb qarışdırın. Başqa bir qaba unu ələyin. Soğanın qabığını soyun və bankanın üzərinə qoyun ki, doğrayanda dağılmasın. İti bir bıçaqla soğanı 16 hissəyə kəsin, ancaq axıra kimi deyil. Soğanın hər yarpağını unlayın və artıq unu silkələyin. Daha sonra yumurtalı qarışığa bulayıb yenidən unlayın. Unlayıb yumurtaya buladığınız soğanı soba sinisinə yerləşdirib əvvəlcədən 200 dərəcə qızdrılmış sobada 25-30 dəqiqə bişirin. Və yaxud da qızdırılmış yağda bişirə bilərsiniz. Sousu hazırlamaq üçün bir qabda xamayla rəndələnmiş sarımsağı qarışdırın. Soğanlı xrizantema hazırdır. Yarpaqlarından qoparıb sousa batıraraq yeyə bilərsiniz.
Nuş Olsun!