Əsl Vitamin Bombası Şorba

Yields: 1 Serving

Həm böyüklərin, həm də uşaqların sevəcəyi ləzzətli və doyurucu bir şorba hazırlaya bilərsiniz. Evdar.az konservləşdirilmiş qarğıdalı və toyuqla hazırlanan ləzətli şorbanın reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr toyuq budu və ya hər hansı bir hissəsi
  • 2-2,5 litr su
  • 100 qr yerkökü
  • 100 qr soğan
  • 250 qr kartof
  • 1 banka koservləşdirilmiş qarğıdalı dənəsi
  • 3 ədəd yumurta
  • 2 xörək qaşığı bitki yağı
  • bir neçə budaq şüyüd
  • duz, istiot zövqə görə
  • zövqə görə 1/4 çay qaşığı zəncəfil tozu

Hazırlanma qaydası:

Toyuq bud dibinin üzərinə su tökün və bişirib bulyonunu çıxarın. Bişən ətləri sümükdən ayırıb kiçik tikələrə bölün və yenidən bulyona qaytarın. Soğan, yerkökü və kartofu kub formasında doğrayın. Doğranmış tərəvəzləri orta ölçülü qazanda kərə yağında bir neçə dəqiqə qovurun. Qovrulan tərəvəzləri ət və bulyon olan qazana tökün. Konservləşdirilmiş qarğıdalı dənələrini də əlavə edib qaynamağa qoyun. Duz və istiot əlavə edib zəif ocaqda 10-15 dəqiqə bişirin. Yumurtanı kasada çəngəllə çırpın və davamlı qarışdıraraq yavaşca şorbaya töküb 5 dəqiqə bişirin. Şorbanı daha parlaq etmək üçün zəncəfil tozu əlavə edə bilərsiniz. Şorbanı süfrəyə verdikdə üzərinə doğranmış şüyüd səpin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir