Pandemiya dövründə məktəblərin açılması, insanların sıx olduğu mühitlərdə daha çox vaxt keçirmək asanlıqla yayılan və insandan insana keçən virus və bakteriyaların artmasına səbəb olur. 15 sentyabrdan etibarən həm əyani, həm də distant təhsil sisteminə keçdiyimizdən valideynlər arasında virus qorxusu olsa da, mütəxəssislər bu müddətdə immunitet sistemini möhkəm saxlamağın vacibliyini vurğulayır. Evdar.az uşaqların immuniteti gücləndirmək üçün məsləhətləri təqdim edir.
- İmmuniteti gücləndirməyin və infeksiyalara qarşı müqavimətli olmağın bəlkə də ən əhəmiyyətli qaydası qidalanmaya nəzarət etməkdir. Virus ilə mübarizədə immunitet sisteminin güclü olması böyük əhəmiyyət daşıyır. Hər gün nahar etmək zehni performansı artırır. İmmunitet sisteminin güclü ola bilməsi üçün balanslı və keyfiyyətli qidalanma vacibdir.
- Təzə tərəvəzlərin və bişirilmiş tərəvəzlərin də, immunitet sistemini gücləndirmək üçün təsiri olduqca çoxdur. C vitamini və antioksidan məzmunu baxımından olduqca zəngindir. Ancaq tərəvəzlər bişirildiyi zaman B və C vitamini itkisi olmaması üçün çox bişirilməməlilər. Vitamin, mineral və antioksidanlardan ən yaxşı şəkildə yararlanmaq üçün çiy tərəvəz istehlakı da lazımdır. A və C vitamini baxımından qırmızı kələm, soğan, kök, turp kimi tərəvəzlər salatlara əlavə oluna bilər.
- Xüsusilə balıq, qoz, badam və fındıq çərəzlər mütəmadi olaraq istifadə edilməlidir. Bu qidaların məzmunundakı omeqa-3 immunitetimizi qoruyan, infeksiyanın daha çox artmasına mane olan və uşaqların beyin inkişafını dəstəkləyən qidalardır. Son tədqiqatlar göstərir ki, bu yağ turşuları immunitet sisteminin funksiyasını artıraraq immuniteti gücləndirir. Buna görə həftədə 2-3 dəfə balıq və müəyyən porsiyalarda çərəzləri istifadə etmək uşaqlarda immunitet sistemini gücləndirmək üçün olduqca əhəmiyyətlidir.
- D vitamini immunitet sistemini dəstəkləyir və sağlamlıq üçün çox vacibdir. Qışda kifayət qədər gün işığı olmadığı üçün böyüklər kimi uşaqlarda da D vitamini çatışmazlığı olur. Buna görə payız aylarında əlavələrə başlamaq lazımdır. Bundan əlavə, fasiləsiz gecə yuxusu uşaqların sağlam inkişafı üçün qidalanma qədər vacibdir. Melatonin hormonu yuxu zamanı, xüsusilə qaranlıqda ifraz olunur. Bu hormonun ifraz olunması immunitet sisteminin güclənməsində əhəmiyyətli bir rola malikdir və eyni zamanda hipofiz vəzinin daha çox böyümə hormonu ifraz etməsini təmin edir. Yuxu zamanı uşağın işləməyən əzələləri də enerji ehtiyatlarını doldurmaq üçün yenilənir. Uşaqlar yatdıqda beyinləri işləyir və inkişaf edir. Oyaq ikən oyunda öyrəndiyi məlumatları yuxu əsnasında beyninə yazır.Beləliklə, beyindəki neyronlar arasındakı əlaqə yaranır və güclənir.
Uşaqların İmmunitet Sistemini Gücləndirən 9 Təbii Qida
Losos Balığı
Omeqa 3 yağ turşuları ilə zəngin olan və uşaqların beyin inkişafını dəstəkləyən losos balığı orqanizmi infeksiyalardan da qoruyur. Son tədqiqatlar göstərir ki, bu yağ turşuları immunitet sisteminin funksiyasını artıraraq immuniteti gücləndirir. Uşağınız balıq sevmirsə səbirlə balıq yeməyə vərdiş etdirin. Balığı birbaşa vermək əvəzinə balığın dadı və qoxusunu hiss etdirmədən, məsələn kartof və tərəvəz ilə balıq kotleti hazırlaya bilərsiniz.
Kivi
Digər meyvələrə nisbətən C vitamini baxımından olduqca yüksək olan kivi, bədən müdafiə sistemində rol oynayan antioksidantlarla zəngin bir meyvədir. Buna görə immuniteti gücləndirib bədənin mikroblara qarşı müdafiə sistemini artırır. Eyni zamanda C vitamini bədəndə dəmir mineralının udmasını artırır. Dəmir çatışmazlığı problemi olan uşaqlarda kivinin üzərinə bəkməz yaxaraq yemək, bəkməzdə olan dəmiri artıraraq uşaqlara iki qat immunitet qazandırır. Çünki bəkməzin tərkibində dəmir üçün də C vitamini lazımdır. Bəkməzin reseptiylə buradan tanış ola bilərsiniz.
Ev Qatığı
İmmuniteti gücləndirən qatıq faydalı,yüksək miqdarda probiotik bir qidadır.Bu dövrdə, yüksək probiotik tərkibli qidalar yemək xəstəliklərə qarşı əhəmiyyətli bir qoruyucu olacağına görə uşaqlarınıza gündə bir kasa ev qatığı yedirin. Qatığı yeməklərin yanında və ya doğranmış meyvələrə əlavə edərək yedirə bilərsiniz. Uşağınızın inək südünə allergiyası varsa, keçi südündən hazırlanmış qatıqları istifadı edə bilərsiniz.
Sarımsaq
Antibakterial xüsusiyyətlərinə görə sarımsaq immuniteti gücləndirərək bədən müqavimətini artırır. Yeməklərə əlavə olunan sarımsaq miqdarının artırılması xəstəlik riskini minimuma endirir. Yeməklərinizə sarımsaq əlavə edərkən yağda qovuraraq deyil, yeməyin suyuna ataraq daha çox faydalı olar.
Yulaf Yarması
Yulaf, tərkibindəki beta qlükan və sink sayəsində immuniteti gücləndirir. Zəngin lif tərkibi ilə çox faydalı bir qidalandırıcı olan yulafı südlə qarışdırıb, E vitamini ilə zəngin badam və 1 porsion banan əlavə edib qarışdırın və səhər yeməyində uşağınıza verə bilərsiniz. Unutmayın, səhər yeməyi yeyən uşaqların bədən müqaviməti daha möhkəm olur və xəstəliklərə tutulma riski azalır. Yulafın allergik riski yoxdur.
Brokoli
C, A və E vitaminləriylə zəngin olan brokoli tam bir antioksidan deposudur. Buna görə immuniteti gücləndirir. Ancaq brokolini sevən və yeyən çox az uşaq var. Bu səbəblə övladlarınız bu yeməyi sevmirsə, hiss elətdirmədən istifadə edə bilərsiniz. Məsələn, şorba hazırladıqda əlavə edə bilərsiniz. Beləliklə, brokolinin vitamin və minerallarından da faydalanmış olarsınız.
Mərcimək
Mərciməkdə olan bəzi polifenollər, güclü antioksidan və anti-enflamatuar təsirlərə də sahib olduğundan xəstəliklərə qarşı qoruyur. Payız və qış aylarında həftədə 2 dəfə istifadə etmək çox faydalıdır. Bitki mənşəli zülal olduğundan uşaqların böyüməsinə və inkişafına da kömək edir.
Yumurta
Yumurta, ana südündən sonra gələn, bədənin ehtiyac duyduğu ən yaxşı protein mənbəyidir. Bu xüsusiyyətiylə uşaqların qidalanmasında əvəzolunmaz bir qidadır. Eyni zamanda çox yaxşı bir dəmir mənbəyi olan yumurta A, D, E və B12 vitaminləri ilə zəngindir. Bu sayədə uşağınızın zəka inkişafını dəstəkləyir və tərkibindəki keyfiyyətli protein sayəsində sağlam böyüməsinə və beyin quruluşunu qorumasına köməçi olur. Soyutma, omlet, hər gün bir ədəd yumurtanı övladınızın ən sevdiyi şəkildə uşağınıza yedirə bilərsiniz.