Bu gün ənənəvi cehizin əhəmiyyəti azalsa da, bir-birini sevən və həyatlarını birləşdirmək istəyən cütlüklər evlənərkən cehiz hazırlayırlar. Xüsusilə, anaların qızları üçün hazırladıqları cehizdə dəsmaldan tutmuş mətbəx qablarına qədər bir çox əşyalar var. Yeni ailə quran cütlüklərin evliliyə hazırlıq zamanı çaşqınlıq yaşamaması üçün cehizdə nələrin olması lazım olduğunu sizin üçün araşdırdıq.
Cehiz köhnə dövrlərdə kişilər işlədiyi üçün evlənəcək gənc qızın evliliyinə ediləcək maddi yardım olaraq bilinirdi. İndiki vaxtda cehiz dediyimiz toy ərəfəsində bəylə gəlinin ev ehtiyaclarını birlikdə aldığı bir dönəmə çevrilib. Evlənmək istəyən cütlük evdə ən çox istifadə olunacaq əşyaları müəyyən edib birlikdə almağa qərar verirlər. Cehiz üçün lazım olan əşyaları alarkən əvvəlcədən büdcə planlaması etmək lazımdır. Cehiz üçün alış-veriş edərkən ən çox edilən səhvlərdən biri də, gələcəkdə lazım ola biləcəyini düşünərək tamamilə lazımsız, gərəksiz əşyaları almaqdır. Bəs gəlinin cehiz siyahısında nələr olmalıdır? Evdar.az cehiz hazırlayan cütlüklər üçün cehizdə lazım olan hər şeyin siyahısını təqdim edir.
Gəlinin cehizində nələr olmalıdır?
Mətbəx Ləvazimatları
Mətbəxə aid hər şeyin daxil olduğu mətbəx ləvazimatlarıdır. Bu, qədəhlərdən tutmuş yemək qablarına qədər bütün mətbəx ləvazimatlarının siyahısıdır.
- Mətbəx masası
- Mətbəx stulları
- Pərdə
- Xalça
- Gündəlik şam yeməyi boşqab dəsti (6 nəfərlik)
- Qonaq üçün şam yeməyi boşqab dəsti (12 nəfərlik)
- Qonaq üçün çəngəl-qaşıq dəsti
- Gündəlik çəngəl-qaşıq dəsti
- Gündəlik süfrə
- Qonaq süfrəsi
- Çay qaşıqları
- Çay fincanları
- Gündəlik su stəkanları
- Qonaq üçün su stəkanları
- Qədəhlər və Badələr
- Qəhvə fincanları
- Qrafin (su qabı)
- Qazan dəsti
- Çaydan dəsti
- Sabun və süngər qabı
- Kağız dəsmal qabı
- Salfetka qabı
- Parça salfetlər və salfet üzükləri
- Amerikan servisi
- Runnerlər
- Tort qabı və ya tort dəsti
- Sini (podnos) dəsti
- Çörək səbəti
- Səhər yeməyi dəsti
- Salat qabı
- Zibil qutusu
- Buz qabı və maşası
- Soba əlcəkləri
- Kəsmə taxtası
- Borcam şüşə qab
- Saxlama qabları
- Yağdanlıq dəsti, limon sıxan
- Süzgəc, kəfgir, sürtgəc
- Bıçaq dəsti
- Meyvə qabı
- Qəlyanaltı qabları
- Taxta qaşıqlar
- Şəkərlik (qənddan)
- Ədviyyat qabı dəsti
- Duz və istiot qabı
- Qəhvə dəmləyən cəzvə
- Keks qəlibi, Dopu (güvəç) qab
- Polad qazan dəsti
Mətbəx Avadanlıqları və Kiçik Ev Alətləri
- Soyuducu
- Qabyuyan maşın
- Aspirator
- Qaz Plitəli Soba
- Elektrikli Soba
- Elektrikli Çaydan
- Mikrodalğalı soba
- Çörək qızartma aparatı
- Toster
- Şirəçəkən
- Mikser, rondo, blender dəsti
- Fritöz
- Qəhvə maşını
Elektrik Avadanlıqları
- Paltaryuyan
- Ütü
- Tozsoran
- Saç qurudan fen
- Digər saç alətləri
Yataq Otağı
- Yataq çarpayısı
- Yataq otağı dəsti (qarderob, 2 komodin, şkaf və s.)
- Yorğan, döşək və yastıqlar
- Qarderob asılqanları
- Pərdə
- Xalça
- Yataq örtüyü dəstləri
- Ədyallar
- Qonaq yataq dəsti
Hamam Otağı
- Hamam xalçası
- Hamam dəsmalları
- Hamam xalatı
- Əl dəsmalları
- Qonaq dəsmalları
- Ayaq dəsmalları
- Hamam dəsti
- Zibil qutusu
- Daraqlar və saç fırçaları
- Hamam lifi və kisələri
- Hamam dolabı dəsti
- Kirli Camaşır Səbəti
Qonaq otağı
- Divan dəsti
- Yemək masası
- Televizor
- Kitab şkafı
- Jurnal masası
- Xalça
- Pərdə
- Divan yastığı
Digər məişət əşyaları
- Elektrik süpürgə
- Ayaqqabı şkafı
- Ütü masası
- Tərəzi
- Tikiş dəsti
- Paltar qurutma asılqanı, ipəzor
- Qapı önü ayaqaltı