Faydalı Maraqlı Xəbərlər

“Honey Cake Pastry School” Kulinariya İncəsənəti Məktəbini Bitirənlər İşlə Təmin Edilir

Ölkəmizdə müasir standartlara cavab verən “Honey Cake Pastry School” Kulinariya İncəsənəti Məktəbi peşəkar kursları ilə məşhurdur. Tanınmış xarici və yerli ustalar tərəfindən keçirilən kurslarda tələbələrə sertifikatlar, diplomlar təqdim olunur. “Honey Cake Pastry School”un ən əsas özəlliyi ondadır ki, buranı bitirənlər işlə də təmin olunurlar.

“Qafqazinfo” Azərbaycan Kulinariya Assosiasiyasının və Azərbaycan Mütəxəssisləri Kulinariya Assosiasiyasının üzvü, 4-cü dərəcəli qənnadçı, “Honey Cake Pastry School” Kulinariya İncəsənəti Məktəbinin rəhbəri Gülnar Rəsulova ilə müsahibəni təqdim edir:

– Gülnar xanım, kulinariya məktəbi açmaq ideyası haradan yarandı?

– Uşaqlıqdan bişirmək həvəsi, ailədə də bu sahədə çalışanların olması təbii ki, təsirini göstərdi. İkinci təhsil kimi bu peşəyə yiyələndim. Hər zaman arzu edirdim ki, Azərbaycanda kulinariya sahəsinin tədrisi üçün mərkəz açım. Artıq 3 ildir fəaliyyət göstəririk. Az müddətə baxmayaraq ildə 50-60 tələbə hazırlayırıq. Kulinariya məktəbimiz lazım olan bütün müasir avadanlıqlarla təchiz olunub. İşıqlı və geniş məktəbimizdə kursantlarımız üçün hər bir peşəkar şərait yaradılıb. Dondurucu soyuducular, soba, mikserlər, xəmir yoğuran, xəmir açan və digər avadanlıqlarla təchiz olunub.

– Tədris hansı formada keçirilir? 

– Əslində bütün dünyada, məktəb-studiyalarda tədris metodikası eynidir. Qısa müddətdə, gün ərzində 8 saata bu sahəni öyrənmək mümkündür. Bizim üstünlüyümüz ondadır ki, bizim sahənin hər bir profili ayrı-ayrılıqda tədris olunur. Ən əsası, təcrübəyə əsaslandığına görə daha tez öyrənmək mümkün olur. Tələbələr müəllimlərlə birlikdə dayanmadan təcrübə keçirlər. Klassik tortlar, müasir desertlər, milli şirniyyatlar, qat-qat xəmirlər, xarici ölkələrin mətbəxləri ayrı-ayrılıqda öyrədilir. Kurslar 3-5, maksimum 10 gündən ibarət olur. Ən əsası, bizə öyrənmək üçün müraciət edənlərlə seminarlar, treninqlər keçiririk, onları daha yaxşı tanıyırıq. Onların bu sahəni niyə öyrənmək istədiklərini bildikdən sonra daha doğru istiqamətə yönləndirə bilirik. Məsələn, evdə bişirib məhsullarını satmaq istəyən xanımlara bunu daha yaxşı etməyin yollarını öyrədirik, faydalı məsləhətlər veririk.

– Sahibkarlar tərəfindən kadr seçimi üçün çox müraciətlər olunur?

– Bizim yetişdirdiyimiz kadrlar təcrübəli olduğundan sahibkarlar daha çox bizə müraciət edirlər. Sevindirici haldır ki, kursantlarımız ən yaxşı yerlərdə işləyirlər və rəhbərlikləri hər zaman zəng edib bizə təşəkkürlərini bildirirlər.

– Dərslər yerli, yoxsa xarici mütəxəssislər tərəfindən tədris olunur? 

– Bizim məktəb studiyada dərs deyənlər Azərbaycanda bu sahədə tanınmış, sözünü demiş peşəkar kulinarlardır. Onların arasında muss tortları və muss pirojnaları üzrə Gülnar Rəsulova, kremdən gül flaristikası üzrə Gulnara Vaqapova, qat-qat xəmir və milli şirniyyatlar üzrə Elmira Qədirova var. Hətta xarici ölkələrdən dəvət etdiyimiz məşhur ustalar da var ki, bizim peşəkar mətbəximizə güvənib dərs keçə bilirlər. Türkiyə Milli Kulinariya Komandasının kapitanı Tuba Geçkili ilk dəfə biz dəvət etdik və 10 günlük kurslar təşkil olundu. Onunla təşkil etdiyimiz kursun adını “Kəlağayı” konseptiylə adlandırmışdıq. Ona görə ki, Tuba xanım məşhur Art Decoration-u təbliğ edən, “Bust Cake”ləri yaradan və tədris edən biridir. “Bust Cake”lərin tədrisi zamanı kəlağayıları seçdik və üzərində yeyilə bilən kəlağayılar tətbiq olundu. Başqa ölkələrdən də milli şirniyyatlarımızın hazırlanmasının öyrədilməsilə bağlı təkliflər alırıq. Eyni zamanda, biz də məşhur ustaları dəvət etmək istəyirik. Pandemiya səbəbindən hələlik bu səfərlər təxirə salınıb. Yaxın aylarda xarici ölkələrin ustaları ilə də təlimlərimiz olacaq.

– Kurslarınızı bitirmiş tələbələrlə daim əlaqə saxlayırsız? 

– Metodikamızın ikinci yanaşması belədir ki, bizdə təhsil alan kursantlarla heç vaxt əlaqəmizi kəsmirik. Kursdan sonra da öyrəndiklərini evdə hazırlayıb bizə geridönüş etmələrini istəyirik. Hətta 3 il öncə tədris alan tələbəmiz bu gün də bizimlə əlaqə saxlaya bilir, soruşa bilir, öyrənə bilir. Əmin olmaq istəyirik ki, bizim tədrisimiz keyfiyyətlidir və bir daha əmin olmaq üçün tələbələrlə mütamadi əlaqə saxlayırıq.

– Kulinariya Məktəbi olaraq dövlət qurumlarından dəstək alırsınız? 

– Bu yaxınlarda Təhsil Nazirliyinin Təhsilin Keyfiyyəti Departamenti ilə müqavilə bağladıq. Bizim bir neçə sertifikatımızı əldə etmiş tələbələr həm də Təhsil Nazirliyinin sertifikatını əldə etmiş sayılır. Belə ki, praktik və modul imtahandan keçərək alınan bu diplom onlara sənədlərini sənədləşdirmək imkanı verir. Bizim sertifikatlar həm ölkəmizdə, həm də xaricdə tanınır.

Qeyd edim ki, yaxın gələcəkdə sertifikatı olmayan insanlar bu sahədə işləyə bilməyəcəklər. Düzdür, sertifikatlardan çox bacarıq əsas rol oynayır. Buna baxmayaraq, iş fəaliyyətlərini daha qanuni həyata keçirmək üçün bu diplomlara ehtiyac var. Sağ olsun ki, Təhsil Nazirliyi də bizə dəstək olur.

– Daha çox hansı yaş qrupunda olanlar sizə müraciət edirlər?

– Bizə müraciət edənlərin çoxu cavan insanlardır. Hansı ki, təlim keçərək nəzəri biliklərini təcrübə əsasında daha da təkmilləşdirərək işlə təmin olunmaq istəyirlər. Biz onlara dəstək oluruq. Azərbaycanın ən öndə gedən şirniyyat evləri, otelləri bizə vakansiya təqdim edirlər. Biz də tələbələrimiz arasından bu sahəni daha yaxşı mənimsəmiş, əl qabiliyyətinə bələd olduğumuz, bir neçə kursumuzda iştirak edənləri seçib məsləhət görürük. Beləliklə də, tələbələrimizin işlə təmin olunmalarına kömək edirik. Ölkədə kulinariya sahəsində sahibkarların çoxu kadr seçimlərini mənim məsləhətimlə edirlər. Hətta, sahibkarlara “Gülnar xanımın kursunu bitirmişəm” deyəndə belə, diploma baxmadan kursantlarımız işlə təmin olunurlar. Sahibkarlar çox gözəl bilirlər ki, bizdə dərslər peşəkar şəkildə keçirilir. Mən özüm də zəng edib tələbələrimizi məsləhət görürəm.

– Sizin Kulinariya Məktəbi, həm də sosial layihələrə dəstək olur. Bu yaxınlarda fiziki məhdudiyyətli insanlar üçün təlimlər keçdiniz. 

– Bəli, bu yaxınlarda fiziki məhdudiyyətli xanımlarla da kurslarımız oldu. Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Paşa Holding” MMC-nin əməkdaşlığı çərçivəsində “Honey Cake Pastry School” Kulinariya Məktəbində sosial müdafiəyə ehtiyacı olan qadınların peşə ixtisası üzrə bacarıq və səriştələri qiymətləndirildi. Əlil arabasında olan, gözdən əlil və ya ailəsində əngəlli insanlar olan xanımlara kurslar təşkil etdik. Onlara bizim sahənin bəzi profillərini öyrətdik. Xəstə uşaqları olanlar var, işləyib pul qazana bilmirlər. Biz onlara da tam ödənişsiz kurslar keçirik. Bir neçə kursdan sonra Təhsil Nazirliyinin diplomlarını əldə edirlər və həmin diplomla müəyyən yerlərdə işləməyə yönləndiririk.

– Maraqlananlar kurslarınıza necə qatıla bilərlər? 

– Kurslarımızda iştirak etmək istəyənlər www.HoneyCakePastrySchool.com saytımızda online qeydiyyat bölməsindən keçə bilərlər. Həmçinin, sosial şəbəkə hesablarımız və 050 586-00-38 WhatsApp nömrəsilə də bizə qoşula bilərlər.

Qeydiyyat və əlaqə üçün:

WhatsApp: (050) 586-00-38
Ünvan: 4-cü Mkr. 20 Yanvar küç.138A
www.HoneyCakePastrySchool.com

Honey Cake Pastry School – Qənnadçılığın ən xırda incəliklərini bizim peşəkar ustalardan öyrənin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir