Maraqlı Xəbərlər

“İşgüzar Xanımlar” layihəsi Honey Cake Pastry School-da Gülnar Rəsulova ilə görüşdü

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “İşgüzar Xanımlar” layihəsi çərçivəsində Gülnar Rəsulova ilə Honey Cake Pastry School – Kulinariya İncəsənəti Məktəbində görüş keçirdi.

Evdar.az bildirir ki, tanınmış qənnadçı Gülnar Rəsulova müxtəlif xarici ölkələrdə şirniyyatla bağlı biliklər əldə etdikdən sonra özünün “Honey Cake Pastry School” Kulinariya İncəsənəti Məktəbini yaradıb. Gülnar Rəsulova biznes sahibi olmaq istəyən xanımlara kurslar keçdikdən sonra, həmin şəxslərin hazır kadrlar olaraq işlə təmin olunmasına da köməklik göstərir. Həmçinin, bu gənc sahibkar xanım Qarabağa qayıdışla bağlı müxtəlif layihələrdə də fəal iştirak edir.

Gülnar Rəsulova – AZƏRTAC-ın “İşgüzar Xanımlar” layihəsində

Xatırladaq ki, ölkəmizdə müasir standartlara cavab verən “Honey Cake Pastry School” Kulinariya İncəsənəti Məktəbi peşəkar kursları ilə məşhurdur. Tanınmış xarici və yerli ustalar tərəfindən keçirilən kursları uğurla bitirən tələbələrə sertifikatlar, diplomlar təqdim olunur. “Honey Cake Pastry School”un ən əsas özəlliyi ondadır ki, buranı bitirənlər işlə də təmin olunurlar.

Kurslarda iştirak etmək istəyənlər www.HoneyCakePastrySchool.com saytının onlayn qeydiyyat bölməsindən qoşula bilərlər. Həmçinin, kulinariya məktəbinin sosial şəbəkə hesabları və (050) 586-00-38 WhatsApp nömrəsilə də qoşula bilərlər.

1 Şərhi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir