Faydalı Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

Marketlərdən Aldığınız Bu Meyvələr Ölüm Gətirir-Xərçəng Təhlükəsi Bir Addımlığınızdadır

Göz oxşayan parıltısı ilə piştaxtalardaki meyvələrə diqqət yetirin! Meyvələrin gözəl görünməsi və rəf ömrünü uzatmaq üçün edilən bu hiylə ölümcül ola bilər. Xüsusilə sağlam həyat üçün qabıqlarıyla istifadə etdiyimiz almalar əslində bilmədiyimiz bir təhlükəylə sağlamlığımızı təhdid edir. Və insanların çoxu bu təhlükədən xəbərsizdir. Marketdən aldığınız parlaq görünən meyvələr xərçəngə səbəb olurmu? Evdar.az parlaq görünən meyvələrdəki təhlükə haqqında məlumatı təqdim edir.

Sirkəli su kafi deyil!

Ümumiyyətlə meyvə və tərəvəzləri suyun altında yumaqla kifayətlənməyib, fərqli əməliyyatlar tətbiq edə bilirik. Məsələn sirkəli suda gözlədirik. Mikrob və pestisitler üçün suda gözlətmək faydalı ola bilər, amma üstündəki şamı təmizləmək üçün qətiliklə kafi olmur.

Yəni yaxşıca yuyub sirkədə gözlədib çox yaxşı təmizlənmişdir deyə etibarla qabığıyla yediyimiz meyvələri şamıyla yeyirik. Evdə normal şərtlərdə qabıq üstündəki şamı təmizləmək demək olar ki, mümkün deyil.

Meyvələrin parlaq görünməsi, nəmini itirməməsi, böcəklərdən qorunması üçün dəzgaha gəlmədən əvvəl salınan ya da üstünə püskürdülən maye, şamlı bir məhluldur.

Şamı meyvənin üstündə gözlə görmək asan deyil. Əllə ovalamaqla, ilıq suda və ya sirkədə bir neçə gün gözlətməklə üstündəki şam təmizlənə bilmir. Yaxşıca ovuşdurduqdan, bir neçə gün sirkəli suda gözlətdikdən sonra bıçaqla qaşığınız almanın üstündəki şam təbəqəsi hələ də qalır.

Meyvəni qabığıyla yemək niyə risklidir?

Meyvələrdəki pestisidlərdən, hormonlardan və s. haqqında danışarkən, əslində görünməyən başqa bir gizli təhlükə var. Şam həllində istifadə olunan kimyəvi maddələr, düzgün nisbətdə istifadə edilmədiyi təqdirdə sağlamlığımızı təhdid edir.

Yəni kabuğuyla yemək riskli ola bilər.

Şam məhsulu vizual olaraq inkişaf etdirir, eyni zamanda su itkisini azaldaraq fizioloji hadisələri yavaşlatdığı üçün də istifadə olunur. Çürümələr azalır.

Hansı məhsullara şam istifadə olunur?

Meyvələr:

  • Sitrus bitkiləri (limon, mandarin, portağal)
  • alma
  • armud
  • şaftalı
  • ananas
  • nar
  • mango
  • avokado
  • papaya.

Tərəvəzlər:

  • qovun
  • qarpız
  • xiyar
  • badımcan
  • bibər
  • balqabaq
  • şirin kartof
  • pomidor
  • kartof.

İstifadə edilən şamları maye halda tətbiq etmək üçün şamların isidilməsi məhsula zərər verir. Buna görə emulsiya edilmiş şamlar istifadə edilir. Bu səbəblə şamların içərisinə emulqatorlar əlavə olunur. Bu maddələrdən ən əhəmiyyətlisi morfolindir (C4H9NO).

İstifadə edilən şam məhlulların içindəki maddələrin alt və üst limitləri var. Bunlardan ən təhlükəlisi Morfolin adlı maddədir. İstifadə edilən bütün qarışıqların demək olar ki, hamısında morfolin var.

Morfolin nitrat ilə reaksiyaya girərək N-nitrosomorfolin (NMOR) əmələ gətirir. N-nitrosomorfolin (NMOR) kanserogen bir maddədir. 0.03-0.3ppm səviyyələrində morfolinin, insan sağlamlığı üçün aşağı riskli olduğu deyilir.

Bu səviyyədən yuxarıda morfolinin toksik və təhlükəli olduğu və xərçəngə səbəb ola biləcəyi bildirilir. Morfolin və ya digər aminlər olan şamların örtük kimi istifadəsi Avropa Birliyi tərəfindən qadağandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.