Faydalı Faydalı Məsləhətlər

Qiymədən Nə Hazırlamaq Olar? -10 Asan Və Dadlı Resept

Qiymə və ya çəkilmiş ət demək olar ki, hər yeməyin əsasını təşkil edən çox yönlü bir tərkib hissəsidir. Və əsasən evdar qadınlar axşam yeməyi bişirmək üçün istifadə etməyi üstün tuturlar. Bütün ailəyə tez bir zamanda qiymədən hazırlamaq üçün ləzzətli və bir çox fərqli seçim edə bilərsiniz. Bunun üçün Evdar.az evdar qadınlar üçün qiymədən hazırlanan ən dadlı və asan 10 resepti təqdim edir.


Ətirli Və Dadlı Feyxoa Dolması

Feyxoa yalnız ən yaxşı yod mənbələrindən biri deyil, meyvəsində insan orqanizmi üçün lazım olan demək olar ki, bütün vitaminlər var. Feyxoa mövsümü bitənə kimi xüsusi ətri və dadı ilə seçilən feyxoa dolması hazırlamağı məsləhət görürük. Dadlı feyxoa dolması üçün buraya daxil olun..

Yalnız 3 Ərzaqla Hazırlanan Dadlı Ət Ruleti

Həm uşaqların, həm də böyüklərin xoşuna gələcək yalnız 3 ərzaqla hazırlanan dadlı ət ruleti . Asan hazırlanan dadlı ət ruletinin resepti üçün buraya daxil olun..

10 Dəqiqəyə Lavaşda lahmacun

Sobadan yeni çıxmış isti, xırçıldayan bir lahmacunu hamımız sevirik . Xüsusilə evdə yemək bişirmək istəmədiyimiz vaxtlarda. Ağlımıza ilk pizza ya da lahmacun sifariş vermək gəlir. Amma evə gələnə qədər o xırçıltısı itir. Artıq həm xirçıldayan, həm isti, həm də istədiyiniz ləzzətdə lahmacun bişirmək, sifariş verməkdən daha asandır. Xəmir acıtma, açmaq yoxdur. Yalnız istədiyiniz kimi içliyi hazırlayın, təxminən on dəqiqə sonra da lahmacunlarınızın dadını çıxarın. Lavaşda lahmacunun resepti üçün buraya daxil olun…

Bol Pomidorlu Sousda Badımcanlı Küftə

Xüsusi dəvət süfrələrinə uyğun hazırlanması çox çətin olmayan dadlı  badımcanlı küftə yeməyi hazırlaya bilərsiniz. Bol pomidorlu sousda sobada badımcanlı küftə yeməyinin resepti üçün buraya daxil olun..

Fantastik Pizza-Hamburger

Fast food sevənlər üçün fantastik bir resept. 2 yeməyin birləşməsi unudulmaz bir dad verir. Xəmirin içərisinə hamburger və xaricində ətirli pizza. Pizza-hamburger resepti üçün buraya daxil olun..

Tavada Ləzzətli Lülə Kabab

Lülə kababı bütün dünyada məşhur yeməkdir. Ənənəvi olaraq manqalda hazırlanan lülə kababı evdə tavada da hazırlaya bilərsiniz. Ev şəraitində tavada lülə kababın resepti üçün buraya daxil olun..

Naxçıvan Mətbəxinin Daş Küftəsi

” Ət daşı” adlanan xüsusi yasdı daş üstündə döyülən ətdən hazırlanan Naxçıvan mətbəxinin ən məşhur yeməyi. Ləzzətli və fərqli bişirilmə üsulu ilə Daş küftə resepti üçün buraya daxil olun..

Fərqli Dad: Sobada Kartof Dolması
Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. Hər kəsin bəyənəcəyi sobada karof dolmasının resepti üçün buraya daxil olun..

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir. Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının resepti üçün buraya daxil olun..

Qat-Qat Samsa

Fərqli mətbəxlərin damaq dadımıza ən uyğun ləzzətlərindən biri də Özbək samsadır. Dadlı, qatlı və doyurucu samsa resepti üçün buraya daxil olun..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir