Ənənəvi Dad, Fərqli Təqdimat: “Çaynikdə Piti”

ənənəvi dad ferqli teqdimat caynikde piti
Yields: 1 Serving
Şəki mətbəxinin ən sevilən yeməklərindən olan “Piti” ənənəvi olaraq xüsusi gil qablarda (piti qabında) bişirilir və süfrəyə elə bu qablarda təqdim olunur. Bəzi hallarda isə fərqli və maraqlı təqdimat üçün çaynikdə də süfrəyə verilir ki, bu da yeməyə özünəməxsus görünüş və ab-hava qatır. Evdar.az çaynikdə piti yeməyinin reseptini təqdim edir.

Şəki Mətbəxinin Ənənəvi Dadı-Piti

Çaynikdə Piti Yeməyinin tərkibi:

  • quzu əti
  • noxud (əvvəlcədən isladılmış)
  • quyruq
  • albuxara qurusu
  • təmizlənmiş şabalıd (zövqə görə)
  • soğan
  • zəfəran
  • su
  • duz
  • dənə istiot

Çaynikdə Piti Yeməyinin hazırlanma qaydası:

İlk öncə noxudu bir gecə suda isladın. Soğanı yarım halqa formasında doğrayın. Quyruğu və əti kiçik doğrayın. Çaynikə soğan, quyruq və quzu əti, noxud, zəfəran, albuxara qurusu, duz və dənə istiot əlavə edin. Üzərinə su da əlavə edib çaynikin qapağını örtün. Çaynikin ağız hissəsini folqa ilə bağlayın. Ocağa dəmir qoyub üzərinə çaynikdə pitini yerləşdirin. Zəif odda  3-4 saat bişirin. Pitinin bişməyinə yarım saat qalmış zövqə görə təmizlənmiş şabalıdları da əlavə edib bişirin. Ocaqdan götürüb isti halda pitini çaynikdə süfrəyə təqdim edin. Əvvəlcə suyunu boşqaba süzün və ətli hissəni başqa boşqaba töküb əzib suyuna əlavə edib yeyin. Piti yeməyinin yanında süfrəyə sumaqlı soğan, nar dənələri və qurudulmuş çörək verilir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir