Ət Yeməklərinin Dadlı Əlavəsi-Barbekü Sousu

Yields: 1 Serving

Barbekü sousu təkcə kömürdə bişirilən yeməklərə dadlı əlavə deyil, həm də quş əti və hətta başqa bir şəkildə bişirilən balıq üçün də uyğundur. Sousun xoş turşaşirin dadı və əla rəngi var. Ümumiyyətlə, bu sousu hazırlamaq üçün mindən çox müxtəlif yolu var. Evdar.az ən sadə, eyni zamanda ən dadlı manqal sousunun reseptini təqdim edir.

Tərkibi:

  • 1,5 stəkan tomat pastası
  • 0,5 stəkan ağ şərab sirkəsi
  • 1 çay qaşığı duz
  • 1 xörək qaşığı xardal
  • 2/3 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı soya sousu
  • 1 xörək qaşığı üyüdülmüş bibər tozu

Hazırlanma qaydası:

Dərin bir qaba şəkər tozu tökün. Üzərinə şərab sirkəsi töküb yaxşıca qarışdırın ki, şəkər həll olunsun. Daha sonra tomat pastası əlavə edib qarışdırın. Soya sousu, bir çay qaşığı duz və istiot əlavə edib qarışdırın. Bundan sonra, bir xörək qaşığı üyüdülmüş bibər tozu əlavə edib qarışdırın. Son mərhələdə sousa bir qaşıq xardal əlavə edib yaxşıca qarışdırın. Dadlı barbekü sousu hazırdır. Piknikdə və ya hətta evdə sobada bişirdiyiniz dadlı ət və balıq yeməklərinə əla əlavə olacaq.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir