Limonlu peçenyelərin ləzzətinə limonlu krem də əlavə olunduqda ortaya xoş ətirli çox ləzzətli peçenyelər çıxır. Evdar.az çay süfrəsi üçün fərqli bir ləzzətin reseptini təqdim edir.
Ətirli Limonlu Peçenyenin tərkibi:
- 120 qr kərə yağı (oyaq temperaturunda yumşaldılmış)
- 1 ədəd yumurta
- 1,5 çay qaşığı şəkər kirşanı
- 1 limonun rəndələnmiş qabığı
- 1 çay qaşığı qabartma tozu
- 1 çimdik duz
- 2 stəkandan bir barmaq aşağı un
Ətirli Limonlu Peçenyenin hazırlanma qaydası:
Otaq temperaturunda yumşaldılmış kərə yağını şəkər tozuyla birlikdə mikserlə çırpın. Üzərinə yumurta sarısı və limon qabıqlarını əlavə edib 1 dəqiqə də çırpın. Un, duz və qabartma tozu da əlavə edib yumşaq bir xəmir yoğurun. Xəmirin üzərini örtüb 20 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmirdən qoz böyüklüyündə tikələr qoparıb əlinizlə yuvarlayıb yastılaşdırın. Orta hissəsisini barmağınızla çuxurlaşdırın. Xəmirləri yağlı kağız sərilmiş siniyə düzüb əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Alt hissəsi qızarıb üstü ağ qalmalıdır. Peçenyelər soyuduqda barmağınızla açdığınız çuxura limonlu kremi tökün.
Limonlu kremin reseptini buradan oxuya bilərsiniz..
Nuş Olsun!