10 Dəqiqəyə Pizza Ləzzətində Səhər Yeməyi

Yields: 1 Serving

Səhər yeməyi süfrəsi üçün həm dadlı, həm asan, həm də sevdiyiniz pizza dadında qəlyanaltı hazırlayın. Evdar.az 10 dəqiqəyə pizza dadında ləzzətli səhər yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 3 xörək qaşığı kərə yağı
  • 14 dilim kolbasa
  • 3 ədəd pomidor
  • yarım çay qaşığı kəklikotu
  • 1/3 çay qaşığı duz
  • yarım çay qaşığı istiot
  • 6 ədəd yumurta
  • 3 ədəd lavaş
  • 3 xörək qaşığı süd
  • 100 qr pendir
  • 100 qr holland pendiri

Hazırlanma qaydası:

İlk öncə tavaya kərə yağı töküb əridin. Kolbasa dilimlərini qızdırılmış yağda iki tərəfli yüngül qızardın. Kolbasaların üzərinə pomidor dilimlərini də düzün. Duz, istiot, kəklikotu səpib tavanın qapağını örtüb zəif odda bişirin. Dərin bir qabda yumurtaları çəngəllə çırpın. Üzərinə əllə xırdalanmış lavaşları töküb qarışdırın. İstədiyiniz ağ pendiri də əzib yumurtalı kütləyə əlavə edib qarışdırın. Daha sonra süd də əlavə edib qarışdırın və tavaya kolbasaların üzərinə yayın. Hamarlaşdırıb üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin və tavanın qapağını örtüb 3-5 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir