Çayın və ya qəhvənin yanına çox vaxt aparmayan, unsuz ləzzətli peçenye hazırlaya bilərsiniz. Evdar.az unsuz qozlu peçenye reseptini təqdim edir.
10 Dəqiqəyə Unsuz Qozlu Peçenyenin tərkibi:
- 2 ədəd yumurta ağı (kiçik yumurta)
- 1 stəkan (200 ml) şəkər kirşanı
- 1 stəkan çəkilmiş qoz ləpəsi
- 1 stəkan çəkilmiş fındıq ləpəsi
- yarım çay qaşığı darçın
10 Dəqiqəyə Unsuz Qozlu Peçenyenin hazırlanma qaydası:
Bir qabda yumurta ağlarının üzərinə şəkər kirşanı töküb mikserlə yaxşıca çırpın. Üzərinə çəkilmiş qoz ləpəsi və fındıq ləpəsi əlavə edib qarışdırın. Zövqə görə badam ləpəsiylə əvəz edə bilərsiniz. Yumurta böyük olarsa 1 stəkan daha çəkilmiş ləpə əlavə edin. Yarım çay qaşığı darçın da əlavə edib yaxşıca qarışdırın. Əllərinizi suyla isladaraq kütlədən qoz böyüklüyündə kündələr yuvarlayın. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Peçenye xəmirinin üzərinə qoz batırın. Bu qaydayla hazırladığının peçenyeləri əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 10-12 dəqiqəyə bişirin.
Nuş Olsun!