15 Dəqiqəyə Tavada Pizza

tavada-pizza
Yields: 1 Serving

Evdə sobanız yoxdur? Ancaq pizza bişirmək istəyirsiniz? Evdar.az sizə soba olmadan da hazırlanan, cəmi 15 dəqiqə vaxtınızı alacaq tavada pizza reseptini təqdim edir.

15 Dəqiqəyə Tavada Pizzanın tərkibi:

Pizzanın xəmiri üçün:

  • 2,5 stəkan un
  • 1 paket qabartma tozu
  • 1 stəkan qatıq
  • yarım stəkan maye yağ
  • 1 çay qaşığı duz
  • 1 ədəd yumurta

Üzərinə yaxmaq üçün sous:

  • 1 xörək qaşığı pomidor tomatı
  • 2 xörək qaşığı maye yağ
  • 1 çay qaşığı kəklikotu
  • yarım çay qaşığı istiot
  • yarım çay qaşığı pul bibər
  • yarım çay qaşığı duz
  • yarım stəkan su

Üzəri üçün:

  • kolbasa
  • yaşıl bibər
  • konservləşdirilmiş qarğıdalı dənələri
  • rəndələnmiş Holland pendiri
  • qara zeytun

15 Dəqiqəyə Tavada Pizzanın hazırlanma qaydası:

Pizzanın xəmirini hazırlamaq üçün yoģurma qabına yumurta, qatıq və maye yağ töküb qarışdırın. Üzərinə duz, qabartma tozu və un töküb xəmir yoğurun. Xəmirin üstünü örtüb 10 dəqiqəlik kənarda saxlayın.

Sousunu hazırlamaq üçün pomidor tomatı, maye yağ, kəklikotu, istiot, pul bibər, duz və suyu bir qabda qarışdırın.

Xəmiri kündələrə bölüb tava böyüklüyündə açın. Tavanı yağlamadan xəmiri tavaya yerləşdirin. Üzərinə hazırladığınız sousu yaxın. Rəndələnmiş holland pendirin yarısını xəmirə səpib dilimlənmiş kolbasa, yaşıl bibər, qarğıdalı dənələri və qara zeytun düzün. Qalan holland pendirini də səpib tavanın qapağını örtün. Zəif ocaqda 10 dəqiqə qapağı açmadan bişirin.  Daha sonra yoxlayaraq üzərindəki pendirlər əriyənədək bişirin. 15 dəqiqəyə hazır olan pizzanı isti-isti süfrəyə verin.

Qeyd: Pizza ən zəif ocaqda bişirilməlidir mütləq. Çünki ağır-ağır bişməlidir, yoxsa alt hissəsi yanar.

Nuş Olsun!

Nazik xəmirli Əsl İtalyan Pizzasının reseptiylə buradan tanış ola bilərsiniz..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir