2 Günə Hazır Olan Pərpətöyün Turşusu

Yields: 1 Serving

Tərkibində A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülallar, qlaktoza, kalsium duzu, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngin olan pərpətöyündən dadlı yemək, salat , şoraba hazırlanır. Evdar.az faydalı bitkidən hazırlanan dadlı turşunun reseptini təqdim edir.

Tərkibi:

3 lirtlik balon üçün

  • 7 dəstə pərpətöyün
  • 2 ədəd qənd
  • 6 diş sarımsaq
  • 3 xörək qaşığı duz
  • 1 stəkan (200 ml) sirkə
  • qaynar su

Hazırlanma qaydası:

Pərpətöyünləri yaxşıca yuyub suyunu süzün. Balona pərpətöyünlərin yarısını yerləşdirin. Aralarına sarımsaqların yarısını əlavə edin. Qalan pərpətöyünləri balona dolana qədər yerləşdirin. Sarımsaqları və qəndi də üzərinə qoyun. Balona sirkəni və 2 xörək qaşığı duzu da əlavə edin. Qaynar suyu dolana qədər töküb ,balonun qapağını yaxşıca bağlayın. Balonu dəzgaha əyib nehrə kimi çalxalayın ki, sirkə hər tərəfinə qarışsın. Hazırladığınız şorabanı 2 günə də açıb yeyə bilərsiniz.Və ya qapağını açmadan qışa saxlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir