Napoleon tortu ən çox sevilən desertlərdən biridir. Üstəlik, hər evdar qadın belə bir tort hazırlamaqla bütün gününü soba yanında keçirmək istəmir. Beləliklə, heç bir əlavə səy göstərmədən, bir stəkanda tənbəl “Napoleon” tortu hazırlamaq olar. Evdar.az 20 dəqiqəyə stəkanda tənbəl “Napoleon” tortunun reseptini təqdim edir.
20 Dəqiqəyə Stəkanda Tənbəl “Napoleon” Tortunun tərkibi:
- 500 qr qat-qat xəmir
- 380 qr 33%-lik qaymaq
- 250 qr qatılaşdırılmış süd
20 Dəqiqəyə Stəkanda Tənbəl “Napoleon” Tortunun hazırlanma qaydası:
İlk öncə qat-qat xəmiri yağlı kağız üzərinə yayıb kiçik kub formasında doğrayın. Üzərində doğranmış qat-qat xəmir olan yağlı kağızı ehtiyyatla soba sibisibə yerləşdirin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Kremi hazırlamaq üçün ilk öncə qaymağı mikserlə yaxşıca çırpın. Üzərinə qatılaşdırılmış süd əlavə edib qarışdırın. Bişən kub formasında xəmirləri kremlə qarışdırıb stəkana yerləşdirin. Stəkanı doldurub üzərini sürtgəcdən keçirilmiş şokoladla bəzəyin.
Nuş Olsun!