Turşu süfrələrimizin əvəzolunmaz ləzzətlərindən biri olmaqla yanaşı, sağlam qidalanmanın da mühüm tərkib hissəsidir. Bununla belə, ənənəvi turşu reseptləri uzun bir gözləmək vaxtı tələb edə bilər və hazırlıq prosesi bəzən günlər çəkə bilər. Qısa müddətdə də ləzzətli turşu əldə etmək mümkündür. Tərəvəzlərin təravətini qoruyaraq onların sürətli fermentasiyası sayəsində yüksək vitamin tərkibli sağlam qəlyanaltı əldə edə bilərsiniz. Evdar.az sürətli şəkildə hazırlanan və yeyilə bilən turşunun reseptini təqdim edir.
25 Dəqiqəyə Hazırlanan və Yeyilən Turşunun tərkibi:
- 1 ədəd kolrabi kələmi
- 1 ədəd iri qırmızı turp
- 1 dəstə kiçik turp
- 1/2 ədəd qırmızı soğan
Marinadı üçün:
-
2 stəkan su
-
1 stəkan alma sirkəsi
-
3 xörək qaşığı şəkər tozu
-
1 xörək qaşığı duz
-
1 çimdik dənə istiot
- 1 çimdik cirə
- 1 çimdik keşniş toxumu
- 2 diş sarımsaq
- 1 ədəd quru acı bibər
25 Dəqiqəyə Hazırlanan və Yeyilən Turşunun hazırlanma qaydası:
İlk öncə kolrabi kələmini, qırmızı turpu və kiçik turpları yaxşıca yuyub təmizləyin. Sürtgəcin nazik dilimləyən gözündən keçirərin və ya bıçaqla nazik dilimlər şəklində doğrayın. Turpun yarpalarını da yuyub doğrayın. Qırmızı soğanı da nazik doğrayın. Doğradığınız turp və soğanı qarışdırıb bankaya basaraq doldurun.
Marinadı hazırlamaq üçün dərin bir qazana su, sirkə, duz, istiot. şəkər tozu, cirə, keşniş toxumu, quru acı bibər və 2 diş sarımsağı da əlavə edib qaynamağa qoyun. Bir buğum (5-6 dəqiqə) qaynadıb isti halda bankaya boşluq qalmayacaq şəkildə doldurub qapağını bağlayın. Turşu otaq temperaturuna gəldikdə artıq istifadə edə bilərsiniz. Tez hazırlanan turşunu soyuducuda 1 ay saxlaya bilərsiniz.
Əlavə qeyd:
Kolrabi kələmi dadına görə kələmdən çox turpa oxşayır. Tərkibi minerallarla, fruktoza ilə zəngindir.
Nuş Olsun!