Category: Pəhriz Yeməkləri, Salatlar
Yields:
1 Serving
Pəhriz saxlayıb, yediklərinizə diqqət edirsiniz, ancaq hər gün eyni salatı yeməkdən yorulmusunuzsa, bu resept sizin üçündür! Evdar.az qatıqlı ləziz və asan hazırlanan salatın reseptini təqdim edir.
3 Dəqiqəyə Qatıqlı Pəhriz Salatının tərkibi:
- toyuq filesi
- şüyüd
- yerkökü
- 1 diş sarımsaq
- 1,5 stəkan qatıq
- 1 qaşıq tahin (küncüt əzməsi)
- duz
3 Dəqiqəyə Qatıqlı Pəhriz Salatının hazılanma qaydası:
Toyuq filesini az duzlu suda bişirin. Şüyüdü xırda doğrayın. Yerkökünü sürtgəcdən keçirin. Bir diş sarımsağı sürtgəcin kiçik gözündən keçirin. Dərin bir qaba qatıq, tahin, xırda doğranmış şüyüd, didilmiş toyuq filesi, sürtgəcdən keçirilmiş yerkökü, sarımsaq və duz əlavə edib qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz.
Nuş Olsun!