Category: Peçenyelər, Şirniyyatlar
Yields:
1 Serving
Soba istifadə etmədən 5 dəqiqədə limonlu peçenye hazırlaya bilərsiniz. Evdar.az çayın yanında süfrəyə verə biləcəyiniz ləzzətli peçenyenin reseptini təqdim edir.
5 Dəqiqəyə Sobada Bişməyən Peçenyenin tərkibi:
- 230 qr ağ şokolad
- 1 xörək qaşığı kərə yağı
- 3 xörək qaşığı qaymaq
- 2 limonun rəndələnilmiş qabığı
- 1 çay qaşığı limon suyu
- 1 çimdik duz
Üzəri üçün:
- şəkər kirşanı
5 Dəqiqəyə Sobada Bişməyən Peçenyenin hazırlanma qaydası:
Bir qabda ağ şokolad, qaymaq və kərə yağını su hamamında əridin. Əriyən qarışığı ocaqdan götürüb yaxşıca qarışdırın. Qarışıq bir az soyuduqda bir çimdik duz, limon qabığı və limon suyunu əlavə edib qarışdırın. Qarışığı 3 saatlıq soyuducuya yerləşdirin. Daha sonra istədiyiniz böyüklükdə parçalar qoparıb əlinizlə yuvarlayın və şəkər kirşanına bulayıb süfrəyə verin.
Nuş Olsun!