8 Dəqiqəyə Fincanda Ləzzətli Səhər Yeməyi

Yields: 1 Serving

Tələsirsiniz? Mikrodalğalı sobada səhər yeməyi hazırlamaq üçün bu sadə üsulu sınayın. Evdar.az 8 dəqiqəyə mikrodalğalı sobada səhər yeməyinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 2 ədəd yumurta
  • 10 ml süd
  • zövqə görə pendir, kolbasa, duz, istiot, göyərti və s..

Hazırlanma qaydası:

Fincana yumurta və südü töküb çəngəllə çırpın. Zövqə görə üzərinə pendir, doğranmış kolbasa, duz, istiot və ya göyərti töküb qarışdırın. Fincanı 3 dəqiqəlik mikrodalğalı sobaya yerləşdirin. Səhər yeməyi hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir