Ağızda Əriyən Südlü Qız Tortu

Yields: 1 Serving

“Südlü qız” – bu dadlı və ağızda əriyən tort bol qaymaqlı, nazik korjlardan ibarətdir. Tortun adı Almaniyada “Milch Mädchen” markası adı altında istehsal olunan qatılaşdırılmış südün rus dilinə tərcüməsindən götürülüb. Evdar.az dadlı tortun reseptini təqdim edir.

Tərkibi:

Kojlar üçün:

  • 400 qr qatılaşdırılmış süd
  • 2 ədəd yumurta
  • 160 qr un
  • 1 paket qabartma tozu

Krem üçün:

  • 400 ml 35% lik qaymaq
  • yarım stəkan şəkər kirşanı

Hazırlanma qaydası:

Korju hazırlamaq üçün bir qabda qatılaşdırılmış süd və yumurtaları tel çırpıcıyla çırpın. Başqa bir qabda un və qabartma tozunu ələyin. Unlu qarışığı yumurtalı qarışığa əlavə edib yaxşıca qarışdırın və 15 dəqiqə kənarda gözlədin. Yağlı kağızın üzərində diametri 20 sm olan dairə çəkin. Yağlı kağızı soba sinisinə yerləşdirin və dairənin içərisinə xəmirdən 2 dolu qaşıq töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 5 dəqiqə yüngül qızaranadək bişirin. Bişmiş korju sobadan çıxarın və yağlı kağızdan ayırın. Korju mətbəx dəsmalının üzərinə qoyun. Eyni qayda ilə bütün korjları bişirin.
Kremi hazırlamaq üçün qaymağı şəkər kirşanıyla çırpın. Korjları kremləyin və 1 gecəlik soyuducuya yerləşdirin. Zövqə görə tortun kənarlarına qoz səpə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir