Category: Pəhriz Yeməkləri, Plovlar
Yields:
1 Serving
Ət xörəklərinin tamamlayıcısı olan bulqur plovunu tərəvəzlə qarışdırıb daha da zəngin edə bilərsiniz. Evdar.az ağzınızı dada gətirəcək bulqur plovunun reseptini təqdim edir.
Ağzınızı Dada Gətirəcək Tərəvəzli Bulqur Plovun tərkibi:
- 1 stəkan bulqur (buğda yarması)
- 1 ədəd soğan
- 1 ədəd yerkökü
- 1 stəkan konservləşdirilmiş yaşıl noxud
- 5 xörək qaşığı zeytun yağı
- 2,5 stəkan isti su
- 1 çay qaşığı duz
- cəfəri
Ağzınızı Dada Gətirəcək Tərəvəzli Bulqur Plovun hazırlanma qaydası:
İlk öncə soğanın qabığını soyub doğrayın. Yerkökünü də kub formasında doğrayın. Qazanı ocağa qoyub zeytun yağı töküb isidin. Qızdırılmış yağa soğanı, yerkökü və suyu süzülmüş konservləşidirilmiş yaşıl noxudu əlavə edib qovurun. Yuyulmuş və süzülmüş bulğuru da qazana əlavə edin. Üzərinə su və duz əlavə edib qazanın qapağını örtün. Suyu buxarlanıb bişənə qədər zəif odda bişirin.Bişən bulğur plovunun üzərinə doğranmış cəfəri səpib süfərəyə verə bilərsiniz.
Nuş Olsun!